Icma.az
close
up
RU
COP29: PanAfrika İqlim Ədalət Alyansının konfransında qitənin tələbləri qətiyyətlə səsləndirilib

COP29: PanAfrika İqlim Ədalət Alyansının konfransında qitənin tələbləri qətiyyətlə səsləndirilib

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

COP29 çərçivəsində Afrika vətəndaş cəmiyyəti Pan-Afrika İqlim Ədalət Alyansının (PACJA) konfransı keçirilib.

Konfransda Afrikanın müxtəlif ölkələrinin məsul şəxsləri dünya liderlərini Afrikanın təcili ehtiyac duyduğu iqlim fəaliyyətini həyata keçirməyə çağırıblar. İqlim dəyişikliyinin təsirlərinin gücləndiyi və qlobal reaksiyaların zəif olduğu indiki məqamda bu böhranın miqyasını və qitə əhalisinin üzləşdiyi problemin mövcud təhlükəsinə konkret həll yolları tələb ediblər.

Natiqlər bildiriblər ki, Afrika hər gün şiddətli quraqlıqlar və dağıdıcı daşqınlardan tutmuş məhsulun azalmasına və milyonlarla insanın didərgin düşməsinə qədər iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə üzləşir. Bu təhdidlər qitə üçün yeni deyil, lakin intensivliyi və tezliyi artır, həssas bölgələri bütün icmaların sağ qalmasına təhlükə yaradan iqlim dəyişikliyinin ön cəbhəsinə çevirir. Qeyd edilib ki, tarixi emissiyaların ən böyük payına cavabdeh olan zəngin ölkələr əhəmiyyətli tədbirlərin həyata keçirilməsini dəfələrlə gecikdirib və dəstək vədlərini yerinə yetirə bilməyiblər. Maliyyə öhdəlikləri qeyri-müəyyən və ya şərti xarakter daşıyır, karbon emissiyalarının azaldılması ilə bağlı öhdəliklər isə istiləşməni məhdudlaşdırmaq üçün lazım olan cəsarətli hədəflərdən məhrumdur. Böyük dövlətlərin hərəkətsizliiyi qəbuledilməzdir, çünki nəticələri xüsusilə Afrika üçün fəlakətli olacaq.

Konfransda Afrika ölkələri ədalətə və şəffaflığa çağırış ediblər. Konfransın natiqləri iqlim dəyişikliyi ilə bağlı qitənin üzləşdiyi problemin həlli üçün iqlim maliyyəsi, zərər və ziyan, ədalətli keçid, adaptasiya, şəffaflıq və hesabatlılıq, mənfi təsirlərin azaldılması kimi tələblərini səsləndiriblər. Afrikanın spesifik ehtiyaclarını və şərtlərini tanımaq kimi istəklərini bildiriblər.

Qeyd olunub ki, COP29-da Afrika özünü müşahidəçi kimi, ədalət və möhkəmliyə əsaslanan gələcəyə dair aydın və cəsarətli baxışı olan bir qitə kimi təqdim edə bilməz. Bu tələblər təkcə ağlabatan deyil, həm də iqlim dəyişikliyinin ən pis təsirlərinin qarşısını almaq üçün vacibdir.(azərtac)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Noyabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see240

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see214

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see208

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see185

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see143

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see129

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri