COP29 Prezidenti: 300 mlrd. dollarlıq iqlim maliyyələşməsinin reallaşması üçün indi fəaliyyət zamanıdır
Icma.az bildirir, Apa.az portalına istinadən.
"300 milyard dollarlıq iqlim maliyyələşməsinin reallaşması üçün indi fəaliyyət zamanıdır".
“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev deyib.
O bildirib ki, COP29 çərçivəsində 300 milyard dollarlıq iqlim maliyyələşməsi qərarı tarixi uğur hesab olunsa da, bu vəsaitin icrası və yönləndirilməsi ilə bağlı dünya ölkələri, xüsusilə donorlar arasında ciddi çağırışlar mövcuddur.
O, əlavə edib ki, hazırda dünya yeni geosiyasi reallıqlar və münaqişələrlə üz-üzədir və bu, donor ölkələri üçün ikili dilemma yaradır: “2024-2025-ci illərdə dünyada 52 silahlı münaqişə qeydə alınıb. Bu qarşıdurmalarla bağlı ölkələr silahlanmaya böyük vəsait ayırırlar. Bu isə bir tərəfdən maliyyə resurslarını hərbiləşməyə yönəldir, digər tərəfdən isə emissiyaların artmasına səbəb olur. Silah istehsalı özü yüksək karbon izi daşıyır, müharibələrin özü də emissiya mənbəyidir.”
Muxtar Babayev qeyd edib ki, inkişaf etməkdə olan ölkələrdə 300 milyard dollarlıq vəsaitin gerçəkdən həyata keçiriləcəyi ilə bağlı skeptisizm mövcuddur. Onun fikrincə, bu şəraitdə COP29-un real addımlarla davam etdirilməsi və əldə olunmuş razılaşmaların monitorinqi, motivasiyası və icrasının təmin edilməsi daha da əhəmiyyət kəsb edir.
“İndi fəaliyyəti planlaşdırmaq yox, onu yerinə yetirmək zamanıdır,” – deyə M.Babayev çıxışını yekunlaşdırıb.
Baxış sayı:119
Bu xəbər 04 İyun 2025 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















