Icma.az
close
up
RU
COP29 Qlobal Cənubun səsinin daha güclü eşidildiyi beynəlxalq tribuna oldu ŞƏRH AZƏRTAC

COP29 Qlobal Cənubun səsinin daha güclü eşidildiyi beynəlxalq tribuna oldu ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 25 noyabr, AZƏRTAC

COP29-un əsas özəlliyi ən inklüziv konfrans olmasıdır, ev sahibi kimi Azərbaycan ada dövlətlərinin, Qlobal Cənub, Karib hövzəsi ölkələrinin, Afrika qitəsinin geniş təmsilçiliyini təmin etdi. COP29-da iştirak etmək üçün 76 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi ki, bu da rekord göstəricidir. Azərbaycan mükəmməl təşkilatçılıq bacarıqları nümayiş etdirərək hər kəs üçün rahat, təhlükəsiz, funksional mühit yaratmağa nail oldu. Təsadüfi deyil ki, Azərbaycan COP tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşdü.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli səsləndirib.

Onun sözlərinə görə, ilk dəfə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə 100 ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyasının yaradılması bir sıra ölkələrin Azərbaycana qarşı qarayaxma kampaniyası aparmasına ən tutarlı cavabdır, tərs sillədir: “Koalisiyadakı QHT-lərin 84 faizi Qlobal Cənub təmsilçisidir. COP29-da təmsil olunan 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan Qlobal Cənub QHT Platformasının yaradılması barədə bəyanata qoşulub. COP29 Qlobal Cənubun səsinin daha güclü eşidildiyi beynəlxalq tribuna oldu, ada dövlətləri və xalqları ilk dəfə öz problemlərinin bəyanı üçün bu cür geniş imkanlar əldə etdilər”.

Siyasi şərhçi bildirib ki, Azərbaycanın belə mötəbər tədbirə uğurla təşkilatçılıq etməsi ölkəmizin beynəlxalq münasibətlərdə nüfuzunu daha yüksək zirvəyə qaldırdı: “COP29 yüksək təşkilatçılıq səviyyəsi ilə seçildi. Təhlükəsizlik, logistika, qonaqlama, kommunikasiya sahəsində bütün detallar düşünülmüşdü. Ölkəmiz öz potensialını maksimum nümayiş etdirə bildi. Azərbaycan bu cür yüksək təşkilatçılıq, ən yeni həllər tətbiq etməklə, yeni viziyonla əlaçatanlığı, funksionallığı maksimum təmin edərək özünü müasir, dinamik inkişaf edən, dünya ilə ayaqlaşan ölkə kimi tanıtdı. Azərbaycan dünyanı narahat edən məsələlər, iqlim dəyişiklikləri, yaşıl keçid, qlobal logistika, müstəmləkəçiliyə qarşı mübarizə, Şimal-Qlobal dialoqu məsələlərində qlobal gündəliyin formalaşmasında rola, təsirə malik ölkə statusu əldə edərək strateji dəyərini, imkanlarını artırdı. Azərbaycanın dostlarının, ölkəmizin tərəfdaşlarının sayı artdı, bütün dünya 12 gün ərzində Azərbaycandan xəbər verdi. Bir sözlə, müstəqillik dövrümüzün ən böyük tədbiri uğurla keçirildi”.

QHT sədri qeyd edib ki, COP29 konfransında bütün dünya ekologiyadan, yaşıl dünyadan pafosla danışan inkişaf etmiş ölkələrin gerçək üzünü gördü: “Azərbaycan Prezidenti COP29 Liderlər Sammmitində bunu çox açıq və güclü şəkildə vurğuladı. Bu yalnız Azərbaycanın deyil, Qlobal Cənub ölkələrinin yanaşmasının bəyanı idi. COP29-da Qlobal Cənubun real ehtiyacları və Qlobal Şimalın etinasızlığı daha aşkar şəkildə nümayiş olundu. Məlum oldu ki, aparıcı Qərb ölkələri öhdəliklərinə əməl etmək istəmirlər, Qlobal Cənubla Qlobal Şimal arasında səmərəli dialoq qurulmasına çalışan, konfransın maksimum nəticə verməsi üçün bütün resurslarını səfərbər edən Azərbaycan isə məqsədli şəkildə hədəfə gətirilir. Bu qərəzli münasibət hələ ötən ilin dekabr ayında - Azərbaycanın ev sahibi olması barədə qərar verilərkən başlanmışdı və proses bütün hazırlıq dövründə davam etdi, indi isə daha da güclənib. COP29-da beynəlxalq ictimaiyyətin təzyiqləri ilə aparıcı Qərb ölkələri güzəştə getməli oldular. Eyni zamanda, inkişaf etməkdə olan ölkələr də iddialarını yumşaltdılar. Bu razılaşmanın Azərbaycanın sədrliyi ilə əldə olunması isə tarixə yazıldı”, - deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see251

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see199

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see184

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see178

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see175

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see170

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see165

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see162

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see146

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see140

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri