Icma.az
close
up
RU
COP29 Sədrliyinin Bakı konfransının yekunlarına dair bəyanatı

COP29 Sədrliyinin Bakı konfransının yekunlarına dair bəyanatı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarına dair bəyanat yayıb.

Bəyanatda COP29 Sədrliyinin il ərzində inkişaf etməkdə olan Tərəf ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq ədalətli və ambisiyalı yeni iqlim maliyyəsi məqsədini reallaşdırmağa çalışdığı vurğulanıb.

“Biz səhər erkən saatlarına qədər geniş və əhatəli məsləhətləşmələr apardıq. Biz bütün qruplara dünən səhər yaydığımız mətn paketi ilə bağlı münasibət bildirmək üçün şərait yaratdıq və onlara konstruktiv iştirakına görə minnətdarlığımızı bildiririk.
Məsləhətləşmələr zamanı səsləndirilən rəyləri və dünənki Qurultayda Tərəflərin fikirlərini nəzərə alaraq, bu gün yenilənmiş mətnləri dərc etmişik.

Bu mətnlər COP29 üçün balanslaşdırılmış və sadələşdirilmiş paket təşkil edir. COP29 Sədrliyi Tərəfləri bu mətni diqqətlə təhlil etməyə, qalan bir neçə variant üzərində konsensusa gəlməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Tərəflərin göstəricilərinin ilk təzahürü olaraq Yeni Kollektiv Kəmiyyət Məqsədi ilə bağlı qərarda onların hamısına 2035-ci ilə qədər bütün dövlət və özəl mənbələrdən iqlimlə bağlı fəaliyyət üçün inkişaf etməkdə olan ölkələrə maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə işləməyə dəvət yer alıb.

Bu qərar özündə, eyni zamanda, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək 250 milyard ABŞ dollarına çatdırılması məqsədini ehtiva edir.

“Biz bir neçə həll olunmamış, lakin vacib məsələ ilə bağlı yekun düzəlişləri kollektiv şəkildə razılaşdırmaq üçün Tərəflərlə birgə işləməyə davam edəcəyik.

Biz mümkün daha yüksək ambisiyalı nəticəni əldə etmək üçün inkluziv və şəffaf şəkildə işləməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 23:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri