Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

COP29 un İqlim üzrə gənclər çempionu: Gənclərin səsi iqlim siyasətində eşidilməlidir MÜSAHİBƏ

COP29 un İqlim üzrə gənclər çempionu: Gənclərin səsi iqlim siyasətində eşidilməlidir MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 8 iyul, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycan ötən il dünya miqyasında ən vacib tədbirlərdən birinə - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edib. COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova AZƏRTAC-a müsahibəsində bu vəzifənin məqsədləri, gənclərin prosesə cəlb olunması istiqamətində həyata keçirdiyi təşəbbüslər və Azərbaycan gəncləri üçün açılan imkanlar barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.

– Leyla xanım, sizi bu mühüm vəzifəyə gətirən yol necə başladı? İqlim üzrə gənclər çempionu olmaq nə deməkdir?

– Mən hər zaman gənclərlə işləməyə, könüllü fəaliyyətinə və beynəlxalq proseslərdə iştirak etməyə çox maraq göstərmişəm. Hazırda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri kimi fəaliyyət göstərirəm. Təşkilat Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Şəbəkə kimi yaradılıb. 2022-ci ilin iyulunda Şuşa Sazişinin imzalanması ilə Şəbəkə Təşkilata çevrilib. Ətraf mühit məsələləri mənim üçün hər zaman önəmli olub. Keçən ilin yanvar ayından etibarən COP29-un İqlim üzrə gənclər çempionu olaraq fəaliyyət göstərirəm. Bu rolun əsas məqsədi gənclərin iqlim proseslərinə daha fəal və mənalı şəkildə qoşulmasına şərait yaratmaqdır. Gənc iqlim çempionu olmaq mənim üçün səsimi yüksəltmək yox, başqalarının da səsini çatdırmaq, onları bu prosesə cəlb etmək deməkdir.

– COP29-da gənc çempion kimi prioritetiniz nədən ibarət idi? Nəyə nail olmağa çalışdınız?

– Mənim əsas prioritetim gənclərin COP29-a hazırlıq prosesində və konfrans zamanı mənalı şəkildə iştirakını təmin etmək idi. Təkcə tədbirə qatılmaq deyil, bu prosesin bir hissəsinə çevrilmək komandamız ucun çox vacib idi. Bu məqsədlə bir neçə istiqamətdə çalışdıq: beynəlxalq və regional məsləhətləşmələr apardıq, iqlim üzrə yay düşərgəsi təşkil etdik, Azərbaycan və digər ölkələrdən gənc müəllimləri bir araya gətirib onların iqlim üzrə biliklərini təkmilləşdirdik. Eyni zamanda, Uşaq və Gənclər Pavilyonu üzrə beynəlxalq tərəfdaşlarla birgə işlədik ki, COP29-da bu pavilyon yüksək səviyyədə təmsil olunsun. Həmçinin konfrans zamanı keçirilmiş tədbirlərdə gənclərə siyasətçilər ilə dialoq qurmaq üçün imkanlar yaratdıq. Çünki COP29 bizim ucun sadəcə bir tədbir deyildi – bu, gələcək nəsillərin taleyini müəyyən edən qlobal danışıqlardır və gənclərin orada yeri mütləq olmalıdır.

– Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkənin gəncləri üçün hansı fürsətləri yaratdı?

– Bu, Azərbaycan gəncləri üçün böyük fürsət oldu. İlk dəfə idi ki, ölkəmiz belə bir iqlim sammitinə ev sahibliyi edirdi və gənclər bu prosesə sadəcə izləyici kimi qoşulmadılar, onun bir hissəsinə çevrildilər.

COP29 sayəsində gənclərimiz iqlim siyasəti, beynəlxalq əməkdaşlıq və diplomatiya sahəsində təcrübə qazandılar. Biz də bu fürsətdən maksimum istifadə etməyə çalışdıq və hələ də çalışırıq – təlimlər, məsləhətləşmələr, könüllülük proqramları vasitəsilə onları prosesə cəlb edirik. Eyni zamanda, bu, ölkəmizdə gənclərə yeni şəbəkələr qurmaq imkanı, eləcə də ideya və təşəbbüslərini dünya ilə bölüşmək üçün çox dəyərli bir platforma oldu.

– Sizcə, gənclərin iqlim siyasətində səsi yetərincə eşidilirmi? Bu səsi necə gücləndirmək olar?

– Təəssüf ki, bir çox hallarda gənclərin səsi iqlim siyasətində kifayət qədər nəzərə alınmır. Onlar tədbirlərə simvolik olaraq tez-tez dəvət edilsələr də, qərar qəbulu prosesində iştirak imkanları məhdud olur. Bu səsi gücləndirmək üçün ilk növbədə gənclərə real imkanlar təqdim olunmalıdır – məsələn, məsləhətləşmələrə dəvət etmək, onların təşəbbüslərinə diqqət yetirmək və bu təşəbbüsləri qərarlara inteqrasiya etmək. Eyni zamanda, maliyyə və texniki dəstək vacibdir ki, gənclər öz təşəbbüslərini həyata keçirə bilsinlər. COP29 zamanı əsas məqsədlərimdən biri də məhz bu olub – gənclərin səslərinin sadəcə eşidilməsi deyil, qərarvericilər tərəfindən nəzərə alınması üçün real platformalar yaratmaq olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see248

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri