Icma.az
close
up
RU
Elmin ən böyük sirri: Kainat sonsuzdur, yoxsa sonu var?

Elmin ən böyük sirri: Kainat sonsuzdur, yoxsa sonu var?

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Kainat sonsuzdurmu?" sualı, insanlığın verə biləcəyi ən fundamental suallardan biridir. Təəssüf ki, bu suala hazırkı ən dürüst cavab "bilmirik” ifadəsi ilə yekunlaşır. 

Qaynarinfo xəbər verir ki, kainat haqqında çox şey öyrənsək də, alimlər hələ də gördüyümüz kosmosun xaricindəki məkanın sonsuzadək davam edib-etmədiyini, yoxsa qəribə şəkildə öz ətrafına qapanan sonlu bir quruluşa sahib olub-olmadığını müəyyənləşdirə bilməyiblər.

Bununla belə, bir neçə məntiqli nəzəriyyə mövcuddur. Bu nəzəriyyələrin bir hissəsi kainatın həqiqətən sonsuz olduğunu və heç bir sərhəd tanımadan yayıldığını iddia edir. Digərləri isə kənarı olmayan, lakin yenə də sonlu bir kainat modelinə üstünlük verir.

Tədqiqatçılar güclü müşahidələrə və nəzəri irəliləyişlərə baxmayaraq, qəti cavabın bizim çatmayacağımız bir yerdə ola biləcəyini vurğulayırlar. Kainatın sonlu olub-olmadığını dəqiq bilməsək də, müşahidə edilə bilən kainat və ən uzaq qalaktikalar haqqında əldə olunan bilgilər bizi müəyyən istiqamətə yönəldir. Ancaq bu suala heç vaxt tam cavab verə bilməyəcəyimizi də qəbul etməliyik.

Qəti bildiyimiz yeganə fakt, müşahidə edə bildiyimiz kainatın sonlu olduğudur. İşıq sürəti məhdud olduğu və kainatın davamlı şəkildə genişləndiyi üçün yalnız müəyyən bir "üfüq” nöqtəsinə qədər görə bilirik. Böyük Partlayışdan bəri genişlənmə davam edir: qalaktikalar bir-birindən uzaqlaşır və aralarındakı məsafə artdıqca ayrılma sürəti də artır.

Kainatın genişlənməsini təsvir etmək üçün səthində nöqtələr olan bir şar təsəvvür etmək olar. Şarı şişirdikcə, hər nöqtə digər nöqtələrdən uzaqlaşır. Şar böyüdükcə, aralarındakı məsafə də artır. Bu bənzətmə məkanın necə gərildiyini və qalaktikaların bir-birindən necə ayrıldığını göstərir.

Bununla belə, kainatın formasının, kənarlarının olub-olmadığının və ya sonsuzadək uzanıb-uzanmadığının cavabı hələlik məlum deyil. Mövcud ölçmələr kosmik əyriliyin sıfıra yaxın olduğunu və məkanın düz olduğunu göstərir. Ancaq bu, kainatın disk formasına malik olduğu mənasına gəlmir. Kosmologiyada, düz bir kainatda yan-yana buraxılmış iki lazer şüası milyardlarla il sonra belə nə birləşər, nə də bir-birindən ayrılar.

Kainatın düz olması onun sonsuz və ya sonlu olduğu barədə qəti fikir vermir, lakin iki əsas ehtimalı göstərir. Əgər kainat sonsuz bir kağız səthi kimi düz uzanırsa, bu, həqiqətən sonsuz olduğunu göstərir. Lakin kainat torus (halqa) formasında da düz ola bilər ki, bu halda o, kənarsız olsa belə, yenə də sonlu bir quruluşa sahib olmuş olur.

Müşahidə etdiyimiz düz geometriya, həm sonlu, həm də kənarsız bir topologiya ehtimalını istisna etmir. Hazırkı müşahidə dəqiqliyi isə bu iki ssenarini bir-birindən ayırmaq üçün kifayət etmir.

Kozmik müşahidələrdəki böyük nailiyyətlərə baxmayaraq, kainatın sonsuzmu, yoxsa sadəcə inanılmaz dərəcədə böyükmü olduğunu müəyyənləşdirmək qabiliyyətimiz məhduddur. Teorik sahədə astrofizikçilər arasında da bu barədə vahid fikir yoxdur: bəziləri sonsuz kainat modelini, bəziləri isə qəribə topologiyaya malik sonlu modeli müdafiə edir. İşləri daha da mürəkkəbləşdirən çoxlu kainat nəzəriyyəsidir.

Biz kainatın yalnız kiçik bir hissəsini müşahidə edə bildiyimiz üçün bütün kainat haqqında verilən hər bir nəticə test olunması mümkün olmayan ekstrapolyasiyaya əsaslanır. Kainatı yenidən "işə sala” bilmirik, nə də kosmik ölçüdə nəzarətli təcrübələr aparmaq mümkündür. Bu isə üfüqümüzün o tərəfində nə olduğu, məkanın necə bağlandığı, kənarların mövcud olub-olmadığı, zamanın və məkanın sonsuzadək davam edib-etmədiyi kimi sualların cavabsız qala biləcəyini göstərir.

Son olaraq, kainat o qədər böyük ola bilər ki, sonlu olsa belə, onu sonsuzdan ayırmaq heç vaxt mümkün olmasın. Əgər müəyyən mənada sonsuzdursa, sərhəd haqqında heç bir iz də görə bilməyəcəyik. Hər iki halda, bu sual eksperimental imkanlarımızı üstələyir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Noyabr 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri