Icma.az
close
up
RU
COP29 un Prezidenti: Qadınların bacarıqları və səsi qərarlara daxil ediləndə siyasət daha effektiv olur

COP29 un Prezidenti: Qadınların bacarıqları və səsi qərarlara daxil ediləndə siyasət daha effektiv olur

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Qadın liderliyi ambisiyalar boşluğunu bağlamaq və 1,5°C hədəfinə çatmaq üçün ən sürətli, ədalətli və effektiv yollardan biridir.

Bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ev, yerli iqtisadiyyat və qlobal şəbəkələrdə qadınlar və qızlar iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkənlər olublar:

"Kənd təsərrüfatından tutmuş su təhlükəsizliyinə, dağıntılardan sağlamlığa qədər, onlar tez-tez ən ağır risklərlə üz-üzə qalırlar. Qadınların bacarıqları və səsi qərarlara daxil ediləndə siyasətlər daha effektiv olur. Paris Sazişi və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi heç kimi kənarda qoymamağı vəd edir. Bu o deməkdir ki, qadınlar və qızlar, hər bir ölkədə, hər bir icmada iqlim siyasətlərini formalaşdıra, maliyyəyə çıxış əldə edə və aşağı emissiyalı, iqlimə davamlı gələcəyə keçid prosesində ədaləti təmin edə bilməlidirlər".

M.Babayev bildirib ki, COP29-da ölkələr gender proqramını daha 10 il davam etdirmək öhdəliyini götürüb.

"Bu, BMT və tərəfdaşlarımızın güclü çağırışı idi. Biz həmçinin gender üzrə yeni fəaliyyət planı hazırlamağa razılaşdıq. Bu plan qadınların ehtiyaclarının iqlim tədbirlərinə necə əks etdiriləcəyini göstərməkdə və qadınların prosesdə tam iştirakını dəstəkləməkdə mühüm rol oynayacaq. Bakı Maliyyə Yolu üzrə razılaşmamız qadınlar və qızların iqlim maliyyəsinin imkanlarından tam şəkildə faydalanmalarını təmin edir. Buna görə də Bakıda başladığımız iş qlobal hərəkat kimi davam etməlidir. Gələcəyə baxaraq, biz bu öhdəlikləri gücləndirməliyik. Qadınların qarşısında hələ də duran baryerləri aradan qaldırmalıyıq. İqlim maliyyəsinin imkanları, texnologiya və təlimlər bütün regionlarda qadınlara və qızlara əlçatan olmalıdır". \\Report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 Oktyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri