Icma.az
close
up
RU
COP29 üzərindən antiAzərbaycan təbliğatını aparanlar ənənəvi mərkəzlərdir

COP29 üzərindən antiAzərbaycan təbliğatını aparanlar ənənəvi mərkəzlərdir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Azərbaycanda önəmli tədbirlər keçiriləndə və yaxud, dövlətimiz hansısa bir uğura imza atanda fərqli mərkəzlər tərəfindən dərhal əks-təbliğat kampaniyasının başladılması faktı ənənəvi hal alıb. Bu, təsadüfi xarakter daşımır və xaotik halda baş vermir. Təcrübə göstərir ki, Azərbaycana rəqib gözü ilə baxan dövlətlər, həmçinin dünyanın müxtəlif qütblərində yerləşən siyasi mərkəzlər dövlətimizin belə tədbirlər fonunda beynəlxalq diqqət mərkəzinə gəlməsini fürsət bilirlər. Həmin məqamdan yararlanıb, özlərinin çirkin niyyətlərini həyata keçirməyə çalışırlar.

Bu tendensiya 2012-ci ildən etibarən daha qabarıq şəkildə müşahidə edilir. Həmin il ölkəmizdə Avroviziya mahnı müsabiqəsi keçirildi. Tədbiri ən yüksək səviyyədə təşkil etməsinə baxmayaraq, Azərbaycan haqsız bir kampaniya ilə üzləşdi. Mədəniyyət tədbirini, musiqi yarışmasını siyasi aksiyaya çevirən Qərb mərkəzləri ciddi oyun qurdular. Beynəlxalq ictimai rəyi çaşdıran uydurma informasiyalar yaymaqla, ölkəmizin imicini qaralamağa çalışdılar.

Səbəbləri araşdırarkən bəlli oldu ki, Qərbi Avropa dövlətlərinin və ABŞ-nin əlində alət olan “hüquq müdafiə təşkilatları” ölkəmizə qarşı “ ixtisaslaşmış koalisiya” formalaşdırıblar. “Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq qrupu” adlandırılan həmin koalisiya vasitəsilə prosesləri koordinasiya edirlər. Uydurma faktlar formalaşdıraraq, dövlətimizə qarşı qərəzli bir informasiya savaşı aparırlar. O da aydın oldu ki, bu kampaniyaları keçirməklə təzyiq göstərib Azərbaycandan müxtəlif kontekstli siyasi güzəştlər qoparmaq istəyirlər.

Eyni proses 2015-ci ildə – Bakı-2015: I Avropa Oyunları keçiriləndə, həmçinin 2017-ci ildə ölkəmiz İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edəndə də təkrarlandı. Aşkar şəkildə görünürdü ki, Qərb dövlətləri və onlara bağlı olan təşkilatlar sosial, mədəni, humanitar tədbirləri kontekstdən çıxarıb siyasi aksiyaya çevirmək, bunun fonunda öz maraqlarını təmin etmək üçün strategiyaya malikdirlər. Onların COP29 Konfransına yanaşmaları da eyni kontekstdədir.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) bəşəriyyətin gələcək taleyini müəyyənləşdirən platforma kimi yanaşır. Konfrans iştirakçılarının rahatlığını, sərbəst fikir mübadiləsinin təşkili üçün bütün imkanlarını səfərbər edir. Azərbaycanın marağı budur ki, iqlim dəyişmələrinə səbəb olan amillər müəyyənləşdirilib müzakirə edilsin, bu səbəblərin aradan qaldırılması üçün əməli addımlar atılsın, strategiyalar hazırlansın.

Amma Qərb mərkəzlərinin yanaşması fərqlidir. Onlar bu tədbirə bəşəriyyətin gələcəyini xilas etmək üçün platforma kimi baxmırlar. COP29-a öz maraqlarını təmin etmək üçün fürsət kimi yanaşırlar. Konfransın Azərbaycanda keçirilməsi yönündə qərarın verildiyi gündən başlayaraq indiyədək çirkin bir kampaniya aparırlar. Tədbiri pozmaq üçün genişmiqyaslı fəaliyyət həyata keçirirlər. Bu məqsədlə ənənəvi mexanizmləri hərəkətə gətiriblər. “Amerikanın səsi”, “Azadlıq Radiosu”, “Meydan TV” qismində KİV-lər, özünü “insan haqlarının müdafiəçisi” elan etmiş “beynəlxalq statuslu təşkilatlar”, o cümlədən, “Human Rights Watch”, “Amnesty İnternational”, “Freedon House” qismində təşkilatlar prosesə qatılıblar. Hər gün bir qondarma informasiya yaymaqla, konfransın tərtibatına xələl gətirməyə çalışırlar. Təbii ki, bu təşkilatlar öz düşüncələri ilə hərəkət etmirlər. Bəlli mərkəzlərdən sifarişlər alıb icra edirlər.

Kampaniya təşkilatçıları bu günə qədər işlərini daha çox ənənəvi KİV-lər, transmilli media subyektləri üzərindən yürüdüblər. İndi isə həm də sosial şəbəkələri, o cümlədən, “X” sosial media platformasını da prosesə qatıblar. #COP29 həştəqi altında qeyri-obyektiv bir kampaniyaya start veriblər. Bütün əlamətlər onu göstərir ki, bu kampaniya da ənənəvi mərkəzlər tərəfindən sistemli şəkildə idarə olunur.

COP29 konfransı Cənubi Qafqaz üzərində geopolitik savaşın gücləndiyi, açıq müstəviyə keçdiyi bir dönəmə təsadüf edir. Azərbaycan öz potensialından faydalanaraq, regionu bu savaşdan kənar tutmağa, bölgədə sülhü, sabitliyi qorumağa çalışır. Təbii ki, belə mövqe region üzərində məkrli planlar qurmuş geopolitik savaş oyunçularına xoş gəlmir. Fikrimcə, COP29 üzərindən aparılan kampaniya da reallıqda ölkəmizin müstəqil xarici siyasət kursuna qarşı yönəlmiş təzyiq prosesidir. Amma bu kampaniyanı aparanlar gərək unutmasınlar ki, Azərbaycan belə oyunları dəfələrlə ifşa edərək iflasa uğrada bilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2024 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri