Icma.az
close
up
RU
COP29 zamanı onlayn dərslərdə davamiyyət necə olub? SORĞU

COP29 zamanı onlayn dərslərdə davamiyyət necə olub? SORĞU

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda peşə, orta ixtisas və ali təhsil pillələrində distant formada təhsilə keçid edilib. Bakıda keçirilən tədbir zamanı ali təhsil müəssisələrində dərslər distant keçirilib.

Bəs distant təhsil zamanı universitetlərdə tələbələrin davamiyyəti necə olub?

Modern.az mövzu ilə bağlı ali təhsil müəssisələri arasında sorğu keçirib.

Azərbaycan Texniki Universitetindən bildirilib ki, AZTU-da dərslər "Microsoft Teams" platforması üzərindən həyat keçirilib: “Hər hansı ciddi texniki problem olmayıb. Tələbələr normal qaydada onlayn dərslərdə iştirak edib”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən verilən məlumata görə, 13-23 noyabr 2024-cü il tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) dərslər Zoom platforması vasitəsilə onlayn formada keçirilib: “Bu müddət ərzində tələbələrin davamiyyəti yüksək səviyyədə olub və dərslərə qoşulmaqda heç bir ciddi çətinlik yaşanmayıb. Universitetin texniki infrastrukturu və elektron sisteminin təkmilliyi sayəsində distant təhsil prosesi effektiv təşkil edilib".

Xəzər Universitetindən qeyd edilib ki, onlaynt dərslərdə davamiyyət 98-99 faiz olub: “Tələbələrin dərslərə qoşulmasında heç bir çətinliyi olmayıb”.

Azərbaycan Dillər Universitetindən qeyd edilib ki, ADU-da onlayn dərslər uğurla başa çatıb: “Hər hansı davamiyyət və texniki problem qeydə alınmayıb”.

Bakı Mühəndislik Universitetindən (BMU)bildirilib ki, öncədən bu prosesə hazırlığın yüksək səviyyədə təşkili, BMU-nun distant təhsil təcrübəsinə malik olması, üstəlik, "Google Classroom" ilə bağlı keçirilmiş təlimlərdə müəllimlərin artıq müəyyən təcrübə qazanması onlayn tədrisin uğurlu təşkilinə imkan verib: “Davamiyyət də aşağı səviyyədə olmayıb. Dərslərə qoşulmaqla bağlı problemlərə gəldikdə isə onlayn prosesdə xırda texniki nasazlıqlara rast gəlinməsi təbiidir. Amma ümumilikdə dərs prosesinə mənfi təsir edə biləcək texniki problem olmayıb”.

Azərbaycan Universitetindən bildirilib ki, Azərbaycanın COP29-a evsahibliyi etməsi ilə əlaqədar olaraq dərslər noyabrın 14-dən 23-dək “Microsoft Teams” platforması üzərindən, cari dərs qrafikinə uyğun olaraq eyni saatlarda təşkil olunub: “Bu müddət ərzində tləbələrin dərslərə davamiyyəti yüksək səviyyədə olub, qoşulma ilə bağlı isə demək olar ki, problem yaşanmayıb. Bir neçə xırda texniki problemə isə tez müdaxilə edilib”.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirilib ki, COP29 müddətində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ali təhsil müəssisələrində tədrisin müvəqqəti olaraq məsafədən təşkil edildiyi dövr ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetində distant dərslərin təşkilində heç bir ciddi problem halı qeydə alınmayıb:

“Dərslərə qoşulmaqda çətinliklə bağlı universitet rəhbərliyinə cəmi bir müraciət daxil olub ki, bu problemin də həlli istiqamətində müvafiq addımlar atılıb. COP29 dövründə tələbələrin davamiyyəti ilə bağlı dəqiq statistik məlumatlar semestrin sonunda bəlli olacaq. Lakin distant təhsilə keçidlə bağlı qərarın imzalandığı gündən etibarən universitetdə bununla bağlı aparılan işlər - tələbələrin korparativ imeyl hesablarının sazlığının yoxlanılması, komandalara qoşulma və sistemin işləkliyinin qabaqcadan dəfələrlə test edilməsi, internetə çıxış imkanlarının araşdırılması, o cümlədən ölkə üzrə internetin əlçatanlığı və sürətinin standartlara cavab verməsi onu deməyə əsas verir ki, bu dövr ərzində tələbələrimizin dərsə davamiyyət faizi ilə əyani tədris dövrü ərzindəki davamiyyət göstəriciləri arasında ciddi fərq müşahidə edilməyib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:276
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2024 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri