Icma.az
close
up
RU
COP29a “Qarabağ” möhürü

COP29a “Qarabağ” möhürü

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Qarabağ"ın adı və nüfuzu ölkə hüdudlarını aşıb deyəndə, bəziləri bunu pafos kimi qəbul edir. Qurban Qurbanovun çalışdırdığı komandanı çox təriflədiyimizi söyləyirlər. Bəli, ağdamlılar hələ ki, qitəmiqyaslı turnirlərin qalibi olmağı bacarmayıblar. Ancaq bir şey dəqiqdi ki, "köhnə qitə"nin aparıcı klubları belə "süvarilər"lə hesablaşır, ona hörmətlə yanaşır, onu ciddiyə alır.

Heç kimə sirr deyil ki, Qurban Qurbanovun komandasının missiyası tək yaşıl meydanla bitmir. Vaxt var idi, "Qarabağ"ın sayəsində işğal altında olan torpaqlarımızın Azərbaycan ərazisi olduğunu dünyaya çatdırırdıq, təmsil etdiyi bölgənin erməni işğalçıların qəsb etdiyini sübut etməyə çalışırdıq. 44 günlük Vətən Müharibəsindən sonra vəziyyət dəyişdi, rəşadətli ordumuzun qəhrəmanları sayəsində ata-baba yurdumuza qayıtdıq.

Düşünmək olardı ki, artıq "Qarabağ"ın missiyası başa çatdı. Klubun bu səviyyəyə çatmasında maliyyə dəstəyini heç vaxt əsirgəməyən Gözəl ailəsinin, inkişafında danılmaz əməyi olan Emrah Çelikelin, Asif Əsgərovun, ümumiyyətlə, Ağdam təmsilçinin böyüməsində zəhməti olan bütün kollektivin işi bununla başa çatdı.

Ancaq yox... "Qarabağ" bu gün elə səviyyəyə çatıb ki, ölkənin ictimai-siyası həyatında baş verən proseslərdə də mühüm rol oynayır. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində "Qarabağ"ın təşəbbüsü ilə dünyanın tanınmış futbol klublarının rəsmiləri Bakıya gəldilər. "Sky sports"un məşhur idman şərhçisi David Qarridonun moderatorluğu ilə təşkil olunan "İqlim naminə Futbol" tədbirində dünyanın bir sıra nüfuzlu futbol klubları iqlim dəyişmələrinə qarşı mübarizədə öz öhdəliklərini əks etdirən bəyanatlarla çıxış etdilər.

Bu fakt bir daha göstərir və sübut edir ki, "Qarabağ" tək futbol klubu deyil, həm də bir Azərbaycan markasıdı. İngiltərənin "Liverpul" və "Tottenhem", İspaniyanın "Atletiko" və "Betis", Türkiyənin "Fənərbaxça" və "Qalatasaray", İtaliyanın "Udineze", Portuqaliyanın "Portu" kimi klublarının Azərbaycan brendinin çağırışına səs verməsi çox mühüm hadisədi. İllər sonra, hətta COP-50, 100 baş tutanda belə sözügedən alyansın məhz "Qarabağ"ın, Azərbaycan təmsilçisinin təşəbbüsü ilə yaradıldığı dünya ictimaiyyəti tərəfindən qeyd ediləcək ki, bu da ölkəmizin imici baxımından əvəzolunmaz rol oynayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://sport24.az
archiveBu xəbər 19 Noyabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see650

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see367

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see282

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see276

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see253

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see251

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see220

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see205

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see203

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see203

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see201

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see189

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see183

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see181

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see173

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see164

Ukrayna Qərbdən 101 milyard dollar dəstək almaq niyyətindədir

18 Avqust 2026 01:23see164

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see164

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see157

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri