Icma.az
close
up
RU
COP29da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətinə dair yüksək səviyyəli açılış mərasimi keçirildi

COP29da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətinə dair yüksək səviyyəli açılış mərasimi keçirildi

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətinə dair yüksək səviyyəli açılış mərasimi keçirilib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, mərasim COP29 Prezidentliyi, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABİTAT) təşkilatçılığı ilə baş tutub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan həm gələcəyimizin, həm də planetimizin gələcəyinin formalaşmasında şəhərlərin mühüm rolunu başa düşür.

O qeyd edib ki, Urbanizasiya baxımından ən sürətlə böyüyən regionlardan biri kimi Azərbaycan bu sürətli şəhərsalma ilə bağlı problemlərin həllinə və imkanlardan istifadə etməyə dərindən sadiqdir.

“Bütün maraqlı tərəfləri bir araya gətirməklə, COP29 çoxsəviyyəli və çoxsektorlu maraqlı tərəflərin iqlim problemlərini həll etmək və şəhər məkanlarını davamlı ekosistemlərə çevirmək üçün birlikdə hərəkət etdiyi gələcəyə baxışı nümayiş etdirir. Burada biz bugünkü müzakirələrin əsasını qoyan mühüm təşəbbüsləri də təqdir etməliyik”,- deyə o bildirib.

Əlavə olaraq Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-HABİTAT) icraçı direktoru Anaclaudia Rossbach çıxış edərək deyib ki, şəhərlərin planlaşdırılmamış genişlənməsi biomüxtəlifliyə, ətraf mühitə, ərzaq təhlükəsizliyinə təhlükədir.

“Binalar, mənzil və tikintilər istixana emissiyalarının 40%-ə qədərinə cavabdehdir. Bununla belə, bizim böyük infrastruktur boşluqlarımız var, çünki qeyri-rəsmi məskunlaşmalarda 1 milyard insan yaşayır. Şəhərlər iqlim dəyişikliyinə son dərəcə həssasdır. Havanın temperaturu kənd yerlərindən 10 dərəcəyə qədər yüksəkdir, sahil zolağının 90%-i dəniz səviyyəsinin qalxması və şiddətli tufanlarla üzləşir”, - deyə o bildirib.

Daha sonra COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vurğulayıb ki, hazırda dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşıyır. Bu rəqəmin 2050-ci ilə qədər təxminən 70%-ə yüksələcəyi proqnozlaşdırılır.

O qeyd edib ki, proqnozlara görə, yaxın 5-7 ildə şəhər əhalisinin 500 milyon nəfərdən çox artacağı gözlənilir ki, bu da öz növbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik və su təchizatı, nəqliyyat, kanalizasiya sistemi və yollara daha da böyük təzyiq göstərəcək.

Öz növbəsində BMT ətraf mühit proqramının (UNEP) icraçı direktoru İnger Anderson qeyd edib ki, şəhərlər də iqlim dəyişikliyinin təsirlərinin qurbanıdır.

“Təbiətə əsaslanan həlləri nəzərdən keçirin ki, şəhərlərinizdə ətraf mühitin qorunması sadəcə ağac əkmək və parklar salmaqdan ibarət olmasın. Şəhərlərdə işləyərkən, siz həm də ekoloji problemlərin bölünməzliyinə nəzər salmalısınız.

İqlim və uyğunlaşma biomüxtəlifliyin müsbət həlli töhfə verilə bilər. Resurslar və tullantıların idarə edilməsi üzərində işləyərək, plastik və metanın azaldılmasına təsir edə bilərsiniz. Ətraf mühit sektorunda hər şey bir-birilə bağlıdır”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Noyabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri