Icma.az
close
up
RU
COP29da iştirak edən Çin nümayəndə heyəti Milli Məclisdə olub

COP29da iştirak edən Çin nümayəndə heyəti Milli Məclisdə olub

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Noyabrın 14-də Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım və deputat Ziyad Səmədzadə Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının parlament nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədrinin müavini Fatma Yıldırım Çin Xalq Siyasi Məşvərət Şurasının Ətraf mühitin və resursların mühafizəsi komitəsinin sədr müavini Li Jinbinin rəhbərlik etdiyi nümayəndə heyətinin COP29-da iştirakını iqlim dəyişikliyi və ətraf mühit problemlərinə həssas yanaşmanın göstəricisi kimi yüksək qiymətləndirib. O, Azərbaycanla Çin arasında əlaqələrin artan dinamika ilə inkişaf etdiyini deyib, strateji xarakter daşıyan münasibətlərimizin bugünkü yüksək səviyyəyə çatmasında hər iki ölkənin dövlət başçılarının mühüm rolunu vurğulayıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, bir çox qlobal əhəmiyyətli layihələrdə uğurla əməkdaşlıq etməsinə toxunub, Azərbaycanın yaşıl enerji və yaşıl texnologiyaların tətbiqi və təşviqi ilə bağlı gördüyü işlər barədə danışıb.

Çin parlamentinin komitə sədrinin müavini Li Jinbin COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirib, Çinin Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. O, ölkəmizin COP29-a sədrliyi dövründə qlobal miqyasda iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı kimi sahələrdə mühüm nəticələrin əldə olunacağına inamını bildirib.

Görüş zamanı qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə qlobal mübarizə imkanları müzakirə olunub.

Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Noyabr 2024 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri