Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Rusiya Milli Elm və Texnologiya Universitetinin (MISiS) keçmiş tələbələri instituta qəbul olunmalarının 50 illik yubileyi münasibətilə bir araya gəlib, tələbəlik illərini və həmin dövrün maraqlı hadisələrini xatırlayıblar.
Azpost.info bildirir ki, söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin gənclik illəri ilə bağlı maraqlı bir xatirə də yada salınıb.
Xatirəni bölüşən müəllifin sözlərinə görə, həmin illərdə müxtəlif ali məktəblərin tələbələri Kalinin (indiki Tver) şəhəri yaxınlığında hərbi təlim toplanışında olublar. Təlimlərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) tələbələri də iştirak ediblər. Həmin vaxt İlham Əliyev də bu hərbi təlim toplanışında olub.
Müəllif İlham Əliyevi xoş təəssürat yaradan gənc kimi xatırladığını yazıb. O, həmin toplanışdan fotonu paylaşıb.
Heydər Əliyev andiçmə mərasiminə helikopterlə gəlib
Xatirənin ən maraqlı hissələrindən biri İlham Əliyevin hərbi andiçmə mərasimi ilə bağlıdır.
Müəllif yazır ki, mərasimdə iştirak etmək üçün onun atası Heydər Əliyev də düşərgəyə gəlib. Həmin vaxt Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü idi və yüksək vəzifəli siyasi xadim kimi tanınırdı.
Xatirədə qeyd olunur ki, düşərgənin rəisi mühüm qonağın rahat gəlişini təmin etmək üçün mərasimdən üç gün əvvəl Kalinin şəhərindən, Mıqalovo ərazisindən düşərgəyə gedən yolu qreyderlə təmizləyib.
Lakin gözlənilən qonaq düşərgəyə avtomobillə deyil, helikopterlə gəlib. Heydər Əliyev kursantların andiçmə mərasiminin keçirildiyi meydana helikopterlə enib.
Müəllifin sözlərinə görə, Heydər Əliyev kursantlar qarşısında ruhlandırıcı nitq söyləyib. Mərasimdən sonra isə qırmızı balıq da daxil olmaqla, bayram süfrəsi təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:438
Bu xəbər 20 Oktyabr 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















