Icma.az
close
up
RU
COP29da iştirak edən Çin nümayəndə heyəti Milli Məclisdə oldu

COP29da iştirak edən Çin nümayəndə heyəti Milli Məclisdə oldu

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 14-də Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım və deputat Ziyad Səmədzadə Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə COP29-da iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının parlament nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildirilib ki, komitə sədrinin müavini Fatma Yıldırım Çin Xalq Siyasi Məşvərət Şurasının Ətraf mühitin və resursların mühafizəsi komitəsinin sədr müavini Li Jinbinin rəhbərlik etdiyi nümayəndə heyətinin COP29-da iştirakını iqlim dəyişikliyi və ətraf mühit problemlərinə həssas yanaşmanın göstəricisi kimi yüksək qiymətləndirib. O, Azərbaycanla Çin arasında əlaqələrin artan dinamika ilə inkişaf etdiyini deyib, strateji xarakter daşıyan münasibətlərimizin bugünkü yüksək səviyyəyə çatmasında hər iki ölkənin dövlət başçılarının mühüm rolunu vurğulayıb, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, bir çox qlobal əhəmiyyətli layihələrdə uğurla əməkdaşlıq etməsinə toxunub, Azərbaycanın yaşıl enerji və yaşıl texnologiyaların tətbiqi və təşviqi ilə bağlı gördüyü işlər barədə danışıb.

Çin parlamentinin komitə sədrinin müavini Li Jinbin COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirib, Çinin Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. O, ölkəmizin COP29-a sədrliyi dövründə qlobal miqyasda iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı kimi sahələrdə mühüm nəticələrin əldə olunacağına inamını bildirib.

Görüş zamanı qlobal yaşıl gündəliyin təşviqi istiqamətində beynəlxalq səylərin əhəmiyyəti vurğulanıb, iqlim dəyişmələri ilə qlobal mübarizə imkanları müzakirə olunub.

Görüşdən sonra qonaqlar Milli Məclisin plenar iclas zalı və parlamentin foyesində yaradılmış Zəfər Guşəsi ilə tanış olublar.

Sonda görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Noyabr 2024 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri