Icma.az
close
up
RU
COP29da iştirak üçün Azərbaycana gələn futbol klublarının nümayəndə heyəti ilə görüş olub AZƏRTAC

COP29da iştirak üçün Azərbaycana gələn futbol klublarının nümayəndə heyəti ilə görüş olub AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 noyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyində COP29-da iştirak etmək üçün Azərbaycana gələn futbol klublarının nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Avropa Klublar Assosiasiyasının baş icraçı direktoru Çarli Marşall, dayanıqlılıq üzrə rəhbəri Qaya Pretner, “Udineze”nin sahibi Maqda Pozzo, “Liverpul”un təsir üzrə direktoru Rişi Jain, “Fənərbağça”nın dayanıqlılıq üzrə direktoru Gülcə Şənərən, “Atletiko”nun dayanıqlılıq və məsuliyyətli biznes üzrə rəhbəri Rosiya Torres, “Portu”nun dayanıqlılıq üzrə meneceri Teresa Santos, "Tottenhem”in dayanıqlılıq üzrə meneceri Markus Perri, “Real Betis” fondunun baş meneceri Rafel Muela Pastor, “Flamenqo”nun direktoru Katya Alensar və "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərov iştirak ediblər.

“Qarabağ”ın təklifini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirən nazir Fərid Qayıbov COP29 çərçivəsində artıq bir çox futbol ulduzunun və mütəxəssisin Azərbaycana gəldiyini xatırladıb. 700-dən çox futbol klubunun birləşdiyi Avropa Klublar Assosiasiyasının baş icraçı direktoru Çarli Marşall təşkilatın missiyası barədə məlumat verib. Qonaqlar təmsil etdikləri klubların fəaliyyətləri ilə bağlı danışıblar.

Görüş zamanı Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansın yaradılması ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:32
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see622

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see281

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see255

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see150

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see148

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see145

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see138

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see137

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see137

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see137

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see136

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see136

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see134

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see131

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see130

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see125

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see125

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see124

Hepatit C diaqnozu qoyulan qadının son halı: Müayinə düzgün aparılmayıb

24 İyul 2025 00:14see121

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri