Icma.az
close
up
RU
“Kaşuk, Nəriman daha dəqiq olsaydı, fərqli nəticə olardı” Qurban Qurbanov

“Kaşuk, Nəriman daha dəqiq olsaydı, fərqli nəticə olardı” Qurban Qurbanov

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ” Çempionlar Liqasında evdə “Ayaks”a 2:4 uduzmaqla ilk 24 komanda sırasına düşmək şansını kəskin azaltdı. Ağdamlıların baş məşqçisi oyundan sonra jurnalistlər önünə çıxdı.
- Rəqibi təbrik edirəm. Oyundan sonra baş məşqçiləri oyunçuları tərəfə getdi. Görüşsək, yaxşı olardı. Oyunçularımdan razı qaldım. Son illərdə belə dinamik, məhsuldar oyun nadir hallarda olurdu. Səhvlərdən maksimum istifadə edirlər. Bura ÇL-di. İstənilən nəticəni gözləmək lazımdı. “Ayaks”da əvvəlki 5 oyunda alınmayan indi alındı. Döyüşərək məğlub olduq. Bərabərlik haqda düşünmürdük. Hücumda daha çox olmağa çalışırdıq. Əsl futbol bayramı idi. Bircə qələbə çatmadı. Belə nəticələrə hazır olmaq lazımdı.
- Qarabağ" qələbə istəyirdi deyə, hesabda öndə olanda da irəli atılırdı və əks-hücumlardan qol buraxdı?
- Futbolçularıma bildirmişəm ki, belə böyük oyunlarda sona qədər oynamalıyıq. Qol vurduq, müdafiədən oynayaq, filan...Yox. "Ayaks" topla yaxşı davransa da, risklərə gedirdik. Ona görə qol epizodları saysan, bəlkə bizdə daha çox idi. Nədən razı qaldım? Dünən hazırlaşmışdıq ki, hansı hücumları edəcəyik. Xeyli hücumumuz oldu.
- Səhvlər nədən qaynaqlandı?
- İlk iki qol uzaqdan vuruldu. Burda diqqətsiz olduq. 3 və 4-cü qol əks-hücumdan buraxıldı. Ustalıq. Hücuma çıxanda, sol cinahda Mateus qabaqda oldu deyə qol buraxdıq. Elvin Cəfərquliyev daha diqqətli olmalı idi. Sağ və sol müdafiəçilərimizin üstün tərəfidi ki, hər ikisi hücumda fəal çıxış edir. Qapımızda qollar gördük, oyunun sonları idi, bəlkə onlarda yorğunçuluq var idi. O epizodlarda sürətdə uduzduq.
- Oyunun qırılma anı Zubirin qaçırdığı epizod idi?
- Elə epizodlar çox oldu. 1:0-da da qol şanslarımız var idi, 2:2-də də. Saya bilərik. Epizodlardan, əlbəttə ki, rəqib daha yaxşı istifadə etdi.
- Sonradan meydana buraxdığınız oyunçulardan nə dərəcədə razı qaldız? Xüsusilə də Nərimandan.
- Tam razı qalmadım. Yağışlı hava idi, meydana sonradan daxil olmaq çətin idi. Sürəti artırmaq istəyirdik. Kaşuk, Nəriman daha dəqiq olsaydı, fərqli nəticə olardı. İlk dəfə deyil ki, belə addımlar atmışıq. Sadəcə, bu dəfə alınmadı.
- Nəriman Axundzadənin performansından razı qalmayıb azarkeşlər. Deyirlər ki, o, meydana çıxanda "Qarabağ"ın hücum xətti zəifləyir.
- Əfsuslar olsun ki, Nərimanla bağlı müzakirələr çox gedir. Mən özüm bilmirəm Nəriman haqda nə deyim. Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanlar. Oyuna kənardan baxıb həzz alırdım. 90 dəqiqə dinamika var idi.
- "Ayntraxt"dan oyundan əvvəl bizim çempionatımızda bir həftə fasilə olacaq. Bundesliqa davam edəcək. Bu amil “Qarabağ"a pis təsir edə bilər?
- Ola bilər. Çünki onlar daha yaxşı idman formasında olacaqlar. Çıxış yolumuz yoxdu. Yoldaşlıq oyunları keçirməyi fikirləşəcəyik. Çempionat oyunlarına hazırlaşacağıq. Futbolçular üçün psixoloji tərəfdən asan olmayacaq. İstirahət vaxtından maksimum faydalı istifafə etməliyik.
- “Qarabağ” 7 xal yoplayıb. U-19 komandanız isə 6 matçın, demək olar ki, hamısında böyük hesabla uduzdu.
- Bu bizim Azərbaycan futbolunun yeridi. U-19 komandamızda fərq bu qədər hiss olunursa, 4-5 il sonra bu səviyyədə oyunlarda hansı səviyyədə olacaq? Bu, bizim üçün böyük təhlükədi. Bəlkə də vuruşmağımız, nəticələrimiz bizi aldadır. Amma gələcəyə baxsaq, fərq çox böyüyə-böyüyə gedir. 4-5 ildən sonra sonu necə olacaq, bilmirəm. Biz mütləq "Qarabağ" olaraq, şəraitimizi yaxşılaşdırmalıyıq, daha diqqətli olmalıyıq. U-19 komandamızın çoxu daha cavan idi. 17-18 yaşları var idi. İlk dəfə idi belə turnirdə oynayırlar. Amma bu cür klubların futbolçuları beynəlxalq turnirlərdə oynayıb, böyüyə-böyüyə oynayırlar. Onlar 17 yaşından bu cür turnirlərdə iştirak edirlər. Onların şəraitləri danışılası deyil. Avropa futbolu, gənc, uşaq futbolu dedikdə, ilk ağla gələn "Ayaks"dı. Onların şəraitindən danışılası deyil. O klubun şəraiti bizim bəlkə də Azərbaycan futbolunun şəraitindən daha üstündü. Bir neçə klubda olmuşam, akademiyalarına baxmışam. “Barselona"nın, "Borussiya"nın, "Çelsi"nin. Yan-yana qoyulası deyil. Çalışıb əziyyət çəkməli, pozitiv yanaşmalı, inamla baxmalıyıq gələcəyə. Fərq çox böyükdü.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Dekabr 2025 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see202

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see170

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see168

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri