Icma.az
close
up
RU
Saç tökülməsinə səbəb olan 9 mühüm faktor xəbərdarlıq

Saç tökülməsinə səbəb olan 9 mühüm faktor xəbərdarlıq

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər həm qadınlarda, həm də kişilərdə saç tökülməsi sürətlə artan problemlərdən birinə çevrilib. Dermatologiya üzrə mütəxəssis bildirir ki, saç tökülməsi təkcə genetik səbəblərlə deyil, həyat tərzi və ətraf mühit amilləri ilə də sıx şəkildə bağlıdır. Mütəxəssis saç tökülməsinə yol açan 9 əsas faktoru açıqlayıb.

Milli.Az xəbər verir ki, saçlar həm görünüşə təsir edən, həm də özünəinamı birbaşa gücləndirən mühüm estetik elementlərdən biridir. Sağlam insanda gündə 50-100 ədəd saç telinin tökülməsi normal hesab olunur. Lakin bu say artdıqda səbəbin müəyyən edilməsi və dermatoloqa müraciət vacibdir.

Mütəxəssislər xüsusilə müasir dövrdə qaçılmaz olan stresin saç tökülməsini artırdığını vurğulayır və aşağıdakı 9 mühüm amilin saç tökülməsində əsas rol oynadığını bildirir.

Ailədə erkən yaşda saç seyrəlməsi varsa, bu vəziyyət növbəti nəsildə də ortaya çıxa bilər. "Androgenetik alopesi" adlanan bu tip saç tökülməsi həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən səbəbdir.

Hamiləlik, doğuş sonrası dövr, menopauza və polikistik yumurtalıq sindromu hormonal dəyişikliklərə səbəb olaraq müvəqqəti və ya kalıcı saç tökülməsi yarada bilər. Hamiləlik sonrası tökülmə adətən bərpa olunur, lakin menopauza və PCO-da saçlar zamanla incələ bilər.

Gərginlik, kədər, narahatlıq və emosional dəyişikliklər saçın inkişaf dövrünü pozaraq sürətli tökülməyə səbəb ola bilər. Stresi azaltmaq üçün keyfiyyətli yuxu, gündəlik fiziki fəaliyyət, musiqi, təbiətdə vaxt keçirmək və lazım olduqda psixoloji dəstək tövsiyə edilir.

Hipotireoz, hipertireoz, şəkərli diabet və digər otoimmün xəstəliklər saç köklərini zəiflədərək tökülməyə səbəb ola bilər. Bəzən ümumi seyrəlmə, bəzən də saçqıran (alopesi areata) kimi formalar müşahidə olunur.

Balanssız qidalanma və demir, B12, folat, biotin, sink, selenyum kimi vitamin-mineralların çatışmazlığı saç sağlamlığını birbaşa zəiflədir. Saçın əsas tərkibi olan keratin yetərli qidalanma olmadıqda istehsal olunmur. Bu səbəbdən balanslı qidalanma və həkim məsləhəti ilə vitamin qəbul etmək vacibdir.

Tez arıqlamaq məqsədilə edilən sərt aclıq dietləri və ya tək tip qidalanma saç tökülməsini sürətləndirir. Dietə başlamadan əvvəl həkim və ya diyetoloqla məsləhətləşmək mütləqdir.

Bəzi dərmanlar hormon balansını və saç kökü dövrünü pozaraq tökülməyə səbəb ola bilər. Xüsusilə kimyaterapiya dərmanları, antidepressantlar və doğuşa nəzarət həbləri bu təsirlərə malikdir. Adətən müvəqqəti olsa da, bəzi hallarda qalıcı itkilər də mümkündür.

Tez-tez fen, ütü, kimyəvi prosedurlar, saçın çox sıx bağlanması və yüksək temperatur saç köklərini zəiflədir. Kimyəvi prosedurları azaltmaq, saç qurudan cihazları az istifadə etmək, yumşaq tarakdan istifadə etmək və təbii tərkibli məhsullara üstünlük vermək tövsiyə olunur.

Mantar, bakterial infeksiyalar, sedef və ekzema kimi xəstəliklər saçlı dəridə iltihab yaradır və saç köklərinin zəifləməsinə səbəb olur. Qaşınma, qızartı, pullanma kimi əlamətlər olduqda erkən müalicə saç tökülməsinin qarşısını ala bilər.

Vaxtında düzgün diaqnoz və müalicə saç tökülməsinin əksər hallarda qarşısını almağa kömək edir. Saçda seyrəlmə və ya güclü tökülmə müşahidə edilərsə, dermatoloqa müraciət etmək vacibdir.
Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2025 01:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri