Icma.az
close
up
RU
COP29da müzakirə: İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə və ədalətli girişin təmin edilməsi AZƏRTAC

COP29da müzakirə: İqlim dəyişikliyi ilə mübarizədə texnologiyadan istifadə və ədalətli girişin təmin edilməsi AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 17 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclis tərəfindən keçirilən Parlament Görüşündə “İqlim dəyişikliyi ilə mübarizədə texnklogiyadan istifadə və ədalətli girişin təmin edilməsi” adlı sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı Fariz İsmayılovun moderatorluğu ilə keçirilən sessiyada texnologiyanın, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolunun araşdırılması və iqlim fəaliyyətinin irəlilədilməsində alət ola biləcək yeni texnologiyalar barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, parlamentlərin texnologiyalardan təhlükəsiz, məsuliyyətli və inklüziv şəkildə istifadəsini təmin etməsi yolları müzakirə edilib. Tədbirdə parlamentlərin xüsusilə inkişaf etməkdə olan ölkələrdə belə texnologiyalara ədalətli və bərabər çıxışı təşviq etmək imkanları barədə də danışılıb.

İqlim Siyasəti Radarının qurucusu və Baş direktoru xanım Michal Nachmany, “Permalution”un qurucusu və Baş direktoru xanım Tatiana Estevez və Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şuranın üzvü xanım Meera Al Suvaidi çıxışlarında texnologiyanın, xüsusilə süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə rolu barədə fikirlərini səsləndiriblər. Bildirilib ki, iqlim dəyişikliyi müasir dövrün ən ciddi qlobal problemlərindən biridir. Dəniz səviyyəsinin yüksəlməsi, buzlaqların əriməsi və kəskin hava hadisələrinin artması planetimizin gələcəyini təhlükə altında qoyur. Bu problemin öhdəsindən gəlmək üçün innovativ həllər tələb olunur və texnologiya bu məsələdə vacib rol oynayır. Lakin texnologiyanın tətbiqi təkcə effektivlik deyil, həm də ədalətli çıxışı təmin etməklə həyata keçirilməlidir.

Həmçinin diqqətə çatdırılıb ki, texnologiyanın düzgün və hərtərəfli istifadəsi ilə iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək mümkündür. Bunun üçün dövlətlər, şirkətlər və vətəndaş cəmiyyəti birlikdə çalışmalı, həm də ədalətli çıxışı təmin etmək üçün konkret addımlar atmalıdır. İqlim dəyişikliyinə qarşı mübarizə yalnız qlobal həmrəylik və innovativ yanaşma ilə uğurlu ola bilər. Texnologiyanın potensialından tam istifadə edərək ədalətli və davamlı gələcək qurmaq insanlığın əsas məqsədi olmalıdır.

Tədbir zamanı iqlim siyasətinin daha inklüziv, bərabər və davamlı olmasının vacibliyi diqqətə çatdırılıb, bu istiqamətdə müxtəlif ölkələr arasında əməkdaşlığın genişləndirilməsi təklif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2024 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see260

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see207

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see199

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see189

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see159

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see157

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see152

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see151

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see150

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see144

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see144

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see143

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see140

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri