Icma.az
close
up
RU
COP29da qlobal iqlim məqsədlərinə nail olmağın açarı mövzusunda panel müzakirələr keçirildi FOTO/VİDEO

COP29da qlobal iqlim məqsədlərinə nail olmağın açarı mövzusunda panel müzakirələr keçirildi FOTO/VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

COP29 çərçivəsində “COP-dan COP-a aqrar-qida irsləri: Qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib.
Bizim.Media xəbər verir ki, “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirədə qlobal iqlim öhdəlikləri müzakirə olunub.
Tədbirin moderatoru Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatında (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit İdarəsinin direktoru Kaveh Zahedi çıxışında bildirib ki, aqrar-ərzaq sistemləri qlobal qida təhlükəsizliyinin əsasını təşkil edir və bir milyarddan çox insan bu sektorda çalışır.
Bu sahə iqlim dəyişikliyinə qarşı çox həssas olmaqla yanaşı, eyni zamanda, iqlim dəyişikliyinə təsir də göstərir.
FAO-nun araşdırmalarına görə, qlobal istixana qazı emissiyalarının təxminən 30 faizi məhz bu sektordan qaynaqlanır:
“Buna görə də kənd təsərrüfatı və ərzaq sistemlərində dayanıqlılığı artırmaq və davamlılığı təmin etməyə ciddi ehtiyac var. Uzun illər boyu bu mövzu COP sədrliklərinin bir sıra təşəbbüslərinin əsas mərkəzində olsa da, bu sessiyanın məqsədi həmin təşəbbüsləri yenidən müzakirə masasına gətirmək, sinerji imkanlarını araşdırmaq, mövcud vəziyyəti dəyərləndirmək və birlikdə necə irəliləmək yollarını araşdırmağa xidmət edir”.
Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov beynəlxalq iqlim konfranslarında əldə edilən nailiyyətlərin daha da inkişaf etdirilməsinin mühüm olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” bütün dünyada dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması üçün səyləri uyğunlaşdırmaq məqsədi daşıyır.
Harmoniya təşəbbüsünün COP28 BƏƏ Bəyannaməsində göstərilən məqsədlərə tam uyğun olduğunu deyən nazir bu təşəbbüsün iqlim dəyişikliyi ilə mübarizədə bağlı əməkdaşlığın gücləndirilməsi və əldə edilən nailiyyətlərin inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb:
“Bu təşəbbüs daimi birgə fəaliyyətin təməlini qoymaqla daha güclü, iqlimə davamlı qida sistemlərinin mirasının yaradılması prosesinə əhəmiyyətli dəstək verəcək, kənd təsərrüfatının gələcəyini formalaşdıracaq”.
Böyük Britaniyanın ətraf mühit naziri Mary Creagh müzakirəyə çıxarılan mövzuların ölkəsinin ev sahibliyi etdiyi COP26-da təkcə Britaniya tərəfindən başlanan təşəbbüslər kimi deyil, həm də həmin dövrdə tərəfdaşlar tərəfindən başlanan və birgə olaraq transformasiyanı təşviq edən təşəbbüslər kimi gördüyünü ifadə edib.
Nazir bildirib ki, COP26-da iqlimə uyğun dayanıqlı kənd təsərrüfatına keçidi sürətləndirmək ehtiyacı vurğulandığına görə, Kənd Təsərrüfatında İrəliləyiş Təşəbbüsünə start verilib:
“Həmin COP zamanı, həmçinin Qlobal Metan Öhdəliyi başladıldı ki, bu da kənd təsərrüfatında metan emissiyalarını azaltmaq yollarını müəyyənləşdirərək COP-dan COP-a mühüm rol oynamaqda davam edir”.
Nazir, həmçinin gələcək prioritetlərdən bəhs edib, qida təhlükəsizliyi, iqlim və təbiət böhranları ilə bağlı təşəbbüslərə ciddi diqqət ayrılmalı olduğunu ifadə edib, xüsusilə də COP29 Sədrliyinin birgə hədəflərə çatmağa töhfə verəcək “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü” alqışlayıb.
Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna Al Dahak, eləcə də “COP-dan COP-a fəaliyyətin sürətləndirilməsi” panel sessiyasında çıxış edən rəsmilər COP konfranslarının iqlim dəyişikliyi ilə mübarizə və onun təsirlərinə uyğunlaşma üçün mühüm sektor kimi aqro-ərzaq sistemlərinə getdikcə daha çox diqqət yetirdiyini, qlobal iqlim öhdəliklərini yerinə yetirməyin vacib olduğunu diqqətə çatdırıblar.
 

Bildirilib ki, bu tədbir sinerjiləri müəyyən etməyə, öyrənilən dərsləri bölüşməyə və UNFCCC çərçivəsində qlobal iqlim öhdəliklərinə nail olmaq üçün milli və regional səviyyələrdə sürətləndirilmiş fəaliyyəti təşviq etməyə xidmət edəcək. Eyni zamanda, tədbir sektorlar arasında daha güclü əməkdaşlığı inkişaf etdirmək, resursları sadələşdirmək və uzunmüddətli hədəflərə davamlı diqqəti təşviq etmək üçün bir fürsət kimi dəyərləndirilir.


Panel müzakirələr sual-cavab formatında davam etdirilib.






Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Noyabr 2024 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see182

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see157

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see152

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see144

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see142

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see139

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see139

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see136

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see134

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see131

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see129

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see128

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see125

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see123

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see122

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri