Icma.az
close
up
RU
“COPdan COPa aqrarqida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib AZƏRTAC

“COPdan COPa aqrarqida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 noyabr, AZƏRTAC

COP29 çərçivəsində “COP-dan COP-a aqrar-qida irsləri: Qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirədə qlobal iqlim öhdəlikləri müzakirə olunub.

Tədbirin moderatoru Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatında (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit İdarəsinin direktoru Kaveh Zahedi çıxışında bildirib ki, aqrar-ərzaq sistemləri qlobal qida təhlükəsizliyinin əsasını təşkil edir və bir milyarddan çox insan bu sektorda çalışır. Bu sahə iqlim dəyişikliyinə qarşı çox həssas olmaqla yanaşı, eyni zamanda, iqlim dəyişikliyinə təsir də göstərir. FAO-nun araşdırmalarına görə, qlobal istixana qazı emissiyalarının təxminən 30 faizi məhz bu sektordan qaynaqlanır: “Buna görə də kənd təsərrüfatı və ərzaq sistemlərində dayanıqlılığı artırmaq və davamlılığı təmin etməyə ciddi ehtiyac var. Uzun illər boyu bu mövzu COP sədrliklərinin bir sıra təşəbbüslərinin əsas mərkəzində olsa da, bu sessiyanın məqsədi həmin təşəbbüsləri yenidən müzakirə masasına gətirmək, sinerji imkanlarını araşdırmaq, mövcud vəziyyəti dəyərləndirmək və birlikdə necə irəliləmək yollarını araşdırmağa xidmət edir”.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov beynəlxalq iqlim konfranslarında əldə edilən nailiyyətlərin daha da inkişaf etdirilməsinin mühüm olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” bütün dünyada dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması üçün səyləri uyğunlaşdırmaq məqsədi daşıyır. Harmoniya təşəbbüsünün COP28 BƏƏ Bəyannaməsində göstərilən məqsədlərə tam uyğun olduğunu deyən nazir bu təşəbbüsün iqlim dəyişikliyi ilə mübarizədə bağlı əməkdaşlığın gücləndirilməsi və əldə edilən nailiyyətlərin inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb: “Bu təşəbbüs daimi birgə fəaliyyətin təməlini qoymaqla daha güclü, iqlimə davamlı qida sistemlərinin mirasının yaradılması prosesinə əhəmiyyətli dəstək verəcək, kənd təsərrüfatının gələcəyini formalaşdıracaq”.

Böyük Britaniyanın ətraf mühit naziri Mary Creagh müzakirəyə çıxarılan mövzuların ölkəsinin ev sahibliyi etdiyi COP26-da təkcə Britaniya tərəfindən başlanan təşəbbüslər kimi deyil, həm də həmin dövrdə tərəfdaşlar tərəfindən başlanan və birgə olaraq transformasiyanı təşviq edən təşəbbüslər kimi gördüyünü ifadə edib. Nazir bildirib ki, COP26-da iqlimə uyğun dayanıqlı kənd təsərrüfatına keçidi sürətləndirmək ehtiyacı vurğulandığına görə, Kənd Təsərrüfatında İrəliləyiş Təşəbbüsünə start verilib: “Həmin COP zamanı, həmçinin Qlobal Metan Öhdəliyi başladıldı ki, bu da kənd təsərrüfatında metan emissiyalarını azaltmaq yollarını müəyyənləşdirərək COP-dan COP-a mühüm rol oynamaqda davam edir”.

Nazir, həmçinin gələcək prioritetlərdən bəhs edib, qida təhlükəsizliyi, iqlim və təbiət böhranları ilə bağlı təşəbbüslərə ciddi diqqət ayrılmalı olduğunu ifadə edib, xüsusilə də COP29 Sədrliyinin birgə hədəflərə çatmağa töhfə verəcək “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünü” alqışlayıb.

Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna Al Dahak, eləcə də “COP-dan COP-a fəaliyyətin sürətləndirilməsi” panel sessiyasında çıxış edən rəsmilər COP konfranslarının iqlim dəyişikliyi ilə mübarizə və onun təsirlərinə uyğunlaşma üçün mühüm sektor kimi aqro-ərzaq sistemlərinə getdikcə daha çox diqqət yetirdiyini, qlobal iqlim öhdəliklərini yerinə yetirməyin vacib olduğunu diqqətə çatdırıblar.

Bildirilib ki, bu tədbir sinerjiləri müəyyən etməyə, öyrənilən dərsləri bölüşməyə və UNFCCC çərçivəsində qlobal iqlim öhdəliklərinə nail olmaq üçün milli və regional səviyyələrdə sürətləndirilmiş fəaliyyəti təşviq etməyə xidmət edəcək. Eyni zamanda, tədbir sektorlar arasında daha güclü əməkdaşlığı inkişaf etdirmək, resursları sadələşdirmək və uzunmüddətli hədəflərə davamlı diqqəti təşviq etmək üçün bir fürsət kimi dəyərləndirilir.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri