Icma.az
close
up
RU

COP29da regionlararası yüksək səviyyəli tədbir keçirilib

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşkilatçılığı ilə “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” tədbiri öz işinə başlayıb.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

İki gün davam edəcək tədbirin gündəliyinə yaşıl iqtisadiyyata əmək bazarında ədalətli keçid üçün hamı üçün layiqli yaşıl iş yerlərinin inkişafının, dairəvi iqtisadiyyat yanaşmalarının təşviqi, bu sahədə təcrübə mübadilələrinin aparılması, BƏT-in Təlimatlarının tətbiqi məsələlərinin müzakirəsi daxildir.

Müxtəlif ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilərin iştirak etdiyi tədbirdə Şərqdə əmək münasibətləri üzrə ilk kollektiv müqavilə olan “Mazut Konstitusiyası”nın 120 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və təsirinin azaldılmasının yalnız birgə səylərlə mümkün olacağını bildirib. Nazir yaşıl iqtisadiyyata keçid dövründə əmək bazarı ilə bağlı çağırışlara uyğun olaraq ölkəmizdə görülən tədbirləri, həmçinin sosial müdafiə sisteminin gücləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb. Dövlət sosial xidmətlərinin keyfiyyətinin daha da artırılması üçün Nazirliyin xidmət sahələrində rəqəmsal həllərdən və süni intellektin üstünlüklərindən istifadə etdiyini, 160 xidmətin 90 faizdən çoxunu rəqəmsallaşdırdığını qeyd edib.

Həmçinin e-sosial portalının, “Əmək və Məşğulluq” altsisteminin və digər rəqəmsal alətlərin önəmini, rəqəmsal transformasiyanın sosial islahatların uğuru üçün vacibliyini və sosial müdafiə sisteminin daha çevik və dayanıqlı olmasına imkan verdiyini bildirib. O, Azərbaycanda aparılan sosial islahatları, təkcə son 6 ildə ölkədə 4 milyon insanı əhatə edən 4 sosial islahat paketinin icra edildiyini vurğulayıb. Qeyd edilən dövrdə 624 min işsiz və işaxtaran şəxsin münasib işlərlə təmin edildiyini, 35 min şəxsin peşə hazırlığına, 2700-dən çox insanın əmək haqqının birgə maliyyələşdirmə proqramına, 92 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu bildirib.

S.Babayev sosial-iqtisadi inkişaf və inklüziv cəmiyyətin formalaşması və ekoloji təmiz gələcəyin qurulmasında əməkdaşlıq, anlaşma və birgə səylərin tələb olunduğunu vurğulayıb.

Həmçinin BMT İnkişaf Proqramının Baş katibinin köməkçisi, Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Beate Andres, BMT Avropa İqtisadi Komissiyasının icra katibinin müavini, BMT-nin Avropa və Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişikliyi Problemləri üzrə Koalisiyasının həmsədri Dmitri Mariyasin, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibinin müavini Erik Manzi, Beynəlxalq İşəgötürənlər Təşkilatının Asiya ölkələri üzrə vitse-prezidenti Sonya Janahinin çıxışları dinlənilib. Onlar yaşıl iş yerlərinin inkişaf etdirilməsinin, bu istiqamətdə fəaliyyətin təşviqinin yaşıl iqtisadiyyata keçid üçün vacibliyini vurğulayıblar.

Tədbir panel sessiyalarla, müvafiq sahələrdə təcrübələrin mübadiləsi ilə davam edib. Sessiyalarda beynəlxalq təşkilatların nümayəndəsinin, habelə müxtəlif ölkələrin rəsmilərinin çıxışları dinlənilib. İnklüziv və genderə cavab verən və ədalətli keçidi hədəfləyən iqlim tədbirlərinin inteqrasiyasına dair təşkil olunan regional dəyirmi masada bir sıra ölkələrin hökumət rəsmiləri, beynəlxalq qurumların təmsilçiləri yaşıl iqtisadiyyata ədalətli keçid üçün həll yolları, gender bərabərliyinə və inklüzivliyə diqqətin artırılması ilə bağlı fikirlərini bölüşüblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov yaşıl iqtisadiyyata keçidin sürətli və uğurlu olmasının ilk növbədə biznesin dayanıqlılığından, ixtisaslı və peşəkar işçi qüvvəsinin potensialından və onun səmərəli idarə olunmasından, yeni sosial dəstək mexanizmlərinin işlənib hazırlanmasından asılı olacağını vurğulayıb.

Qeyd edək ki, “Hər kəsə ədalətli keçid üçün nəzəriyyədən təcrübəyə: regionlararası yüksək səviyyəli cənub-cənub siyasi dialoqu” tədbiri sabah, noyabrın 21-də də davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Noyabr 2024 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri