Əli Əsədov İƏT in sammiti ilə bağlı müzakirə aparıb FOTO
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Baş nazir Əli Əsədov oktyabrın 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmayıl Uld Şeyx Əhməd ilə görüşüb.
Bu barədə Gununesi.info-ya Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlər arasında dialoqun təşviqi, qarşılıqlı etimadın və anlaşmanın möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, İƏT Baş katibinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.
Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Bakı Görüşü korrupsiyaya qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsi üçün mühüm platforma kimi dəyərləndirilib.
Azərbaycanın İƏT ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi vurğulanıb, təşkilata üzv olduğu 35 illik dövr ərzində ölkəmizin İƏT-in beynəlxalq nüfuzunun və institusional imkanlarının artırılmasına mühüm töhfələr verdiyi qeyd olunub.
İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ardıcıl və prinsipial dəstəyi yüksək qiymətləndirilib.
Görüşdə Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi və İƏT-ə sədrliyi ilə bağlı məsələlərə toxunulub, ölkəmizlə təşkilat arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 27 Oktyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















