Icma.az
close
up
RU
COP29un Azərbaycanda keçirilməsi dünya dövlətlərinin ölkəmizə olan etimadının göstəricisidir deputat

COP29un Azərbaycanda keçirilməsi dünya dövlətlərinin ölkəmizə olan etimadının göstəricisidir deputat

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi bir vaxtda ölkəmizə qarşı çirkin kampaniyanın aparılacağı gözlənilən idi. Dünya dövlətlərinin Azərbaycana, onun Prezidentinə göstərdiyi etimad – COP29-un ölkədə keçirilməsinə razılıq bəzi qüvvələrdə qısqanclıq yaradıb. Bu gün həmin qüvvələr var gücləri ilə Azərbaycana qarşı hərəkətə keçiblər və nəcib qlobal təşəbbüsə kölgə salmağa çalışırlar. Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı həmin qüvvələrə tutarlı cavab verdi. Dövlətimizin başçısının cavabı Sammit iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Bu o deməkdir ki, bəzi Qərb dövlətləri özlərindən başqa bütün dövlətlərə yuxarıdan aşağı baxır. Azərbaycan Prezidentinin mötəbər tribunadan səsləndirdiyi bu fikirlər günümüzün acı reallığını əks etdirir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O diqqətə çatdırıb ki, bu gün dünyanın əksər dövlətləri Qərbin ədalətsiz yanaşmalarından, təzyiq və təhdidlərindən, qarayaxma kampaniyalarından əziyyət çəkir: “İlk dəfə olaraq COP29 kimi mötəbər tədbirin yüksək tribunasından qərbin riyakar siyasəti çılpaqlığı ilə ortaya qoyuldu. Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelin Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırması qlobal sammitdə faş edildi. Həqiqətən də Qərb siyasətçiləri digər ölkələri, xalqları geridə qalan toplum kimi görürlər. Bu isə heç cür qəbul edilən deyil.

Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışdı. Bildirdi ki, əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir. Buna misal olaraq, Fransanın Əlcəzair əhalisini necə məhv etdiyini və sərvətlərini talan etdiyini göstərmək olar. Ancaq Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını öldürən Prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib. Bütün bunlardan sonra Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası tərəfindən ittiham olunmayıb. Bu, siyasi riyakarlığın göstəricisidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın rəmzidir. Göründüyü kimi, Fransa, Niderland kimi ölkələrin hökumətləri Azərbaycana qarşı çirkin kampaniyaları bəzi QHT və media resurslarının vasitəsilə həyata keçirir. Bu ölkələrin rəsmiləri Azərbaycan Prezidenti ilə görüşlərində çirkin kampaniyada istifadə etdikləri tezisləri dilə gətirmirlər, barəmizdə xoş sözlər deyirlər, amma pərdəarxasında iyrənc siyasətlərini davam etdirirlər.

Təəssüflər olsun ki, Fransa kimi ölkənin Prezidenti Emmanuel Makron XIX əsrin əvvəllərində yaşamış fransız siyasətçi, dövlət xadimi Şarl de Taleyranın siyasi xəttini davam etdirir. Taleyran bir-birinə zidd ittihamları bir sandığa qoyaraq siyasi təhdid yolu ilə özünü haqlı çıxarmaq qabiliyyətinə malik idi. Bu gün Makron iqtidarı da demokratiya, insan haqlarının müdafiəsi adı altında Azərbaycanı etnik təmizləmədə ittiham edir. Azərbaycanı etnik təmizləmədə, Qarabağdakı erməniləri ölkədən zorla çıxarmaqda ittiham etmək, yumşaq desək, vicdansızlıqdır. Otuz ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlamış, yüz minlərlə vətəndaşımızı yurd-yuvalarından didərgin salmış, Qarabağ kimi gözəl məkanı xarabalığa çevirmiş erməniləri haqlı tərəf kimi dünyaya təqdim etmək olduqca qeyri-etik siyasətdir. Prezidentin də qeyd etdiyi kimi, BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin otuz ilə yaxın Ermənistan tərəfindən işğalına və bir milyona yaxın azərbaycanlının öz əzəli torpaqlarından didərgin düşməsinə baxmayaraq, biz güclü ölkə qura bildik, iqtisadiyyatı təmin etdik və müstəqil siyasət həyata keçirdik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik və beləliklə, biz öz suverenliyimizi tam bərpa etdik. Bütün bunlar BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun oldu”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Noyabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri