Icma.az
close
up
RU
İƏT in 16 cı Sammitinin Azərbaycanda keçirilməsi ölkəmizə etimadın göstəricisidir

İƏT in 16 cı Sammitinin Azərbaycanda keçirilməsi ölkəmizə etimadın göstəricisidir

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın xarici siyasət prioritetlərində müsəlman ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Bu əməkdaşlıq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilir. Azərbaycanın 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik etməsi ilə bağlı qərar da ölkəmizin təşkilatın fəaliyyətinə və islam dünyasına növbəti töhfəsi olacaq. Məlum olduğu kimi, sədrlik 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək.


16-cı Sammitin Azərbaycanda keçirilməsi təşkilata üzv dövlətlərin ölkəmizə etimadının göstəricisidir. Azərbaycanın sədrliyi dövründə təşkilatın mövqelərinin möhkəmlənəcəyini indidən söyləmək mümkündür. Çünki bu vaxta qədər bütün təsisatlar Azərbaycanın sədrliyi dövründə fəallığı, ədalətli mövqeyi, səmərəliliyi ilə fərqlənib.


Azərbaycan İƏT-ə üzv olduğundan bəri təşkilatla sıx əməkdaşlıq qurulub. Ölkəmiz 1991-ci ilin dekabrından, öz müstəqilliyini bərpa etdikdən sonra İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. İƏT hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı ədalətli mövqedən çıxış edib. 44 günlük Vətən müharibəsində təşkilat Ermənistanın müharibə cinayətlərini pisləyən bəyanatlarla çıxış edib.  


İƏT postmünaqişə dövründə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir və bunun bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təkan hesab edir. İşğal illərində ermənilər tərəfindən tarixi və mədəni abidələrimizin, o cümlədən məscidlərimizin vəhşicəsinə darmadağın edilməsi İƏT-i də hər zaman narahat edib. Çünki bu vandallıq xalqımıza qarşı mədəni soyqırım olmaqla yanaşı bütün müsəlman ölkələrinə qarşı təhqir idi.


Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan, BMT tərəfindən də təqdir edilən “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa töhfələr verir.


Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – İSESKO,  İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir.
Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur və ölkəmiz islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışır.


Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq edir. Prezident İlham Əliyevin üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətindəki mövqeyi İƏT tərəfindən xüsusi qiymətləndirilir.


Bütün müsəlman ölkələrini birləşdirən təşkilat bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub.
Azərbaycanın bu istiqamətdə atdığı addımlar, Azərbaycanda İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin təşkili, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini qeyd edə bilərik. Azərbaycan bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edir.


Dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artdığı bir vaxtda təşkilatın nüfuzunun möhkəmlənməsi, eləcə də üzv ölkələr arasında münasibətlərin dərinləşməsi olduqca zəruridir. Azərbaycan kimi ölkələrin islamofobiyaya qarşı mübarizə ilə bağlı resurslarının zənginliyi, atdığı addımlar İƏT tərəfindən də müsbət qiymətləndirilir. Məlumdur ki, təşkilatın əsas məqsədi üzv ölkələr arasında həmrəyliyi, əməkdaşlığı təmin etməkdir. Eyni zamanda İƏT qarşısında məqsədlərdən biri də müstəmləkəçiliyə, neomüstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizə aparmaqdır.

Azərbaycan bu gün dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan əsas dövlətlərdən biridir. Ölkəmiz neokolonializmə qarşı mübarizəni əsas prioritetlərdən biri elan edib. Məhz Bakıdan başlayan beynəlxalq təşəbbüs, neokolonializmə qarşı “Bakı Təşəbbüsü” öz nəticələrini  verməkdədir. Bakıda keçirilən beynəlxalq tədbirlərdən sonra neokolonializmə qarşı beynəlxalq tədbirlərə start verilib. Azərbaycan, həmçinin Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni müstəmləkə tendensiyalarına qarşı mübarizənin lokomotivi kimi çıxış etdi. Əminliklə söyləmək olar ki, İƏT-ə sədrlik dövründə də Azərbaycan bu istiqamətdə fəallıq nümayiş etdirəcək.
 İƏT getdikcə beynəlxalq miqyasda daha təsirli rol oynamağa başlayıb. Azərbaycan da bu prosesdə fəal iştirak edir.


Yeri gəlmişkən, ölkəmiz həm də müsəlman ölkələrinin birləşdiyi “D-9” təşkilatının da üzvüdür. Cənab Prezidentin də qeyd etdiyi kimi, “biz bütün müsəlman ölkələrinin maraqlarını öz maraqlarımız kimi qəbul edirik, o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan oldu”.


Təbii ki, bu prosesdə Azərbaycanın iqtisadi potensialı, siyasi nüfuzu, hərbi gücü də nəzərə alınıb. Həmçinin rəsmi Bakının İslam həmrəyliyi ilə bağlı siyasətinin burada xüsusi rolu oldu. D-9 öz coğrafiyasını İslam həmrəyliyinə uğurlu töhfələr verən Azərbaycan vasitəsilə genişləndirməyə üstünlük verdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri