COP29un dördüncü günü daşınan sərnişinlərin sayı açıqlandı
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı şatllardan istifadə göstəriciləri açıqlanıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bakıvaxtı.az-a bildirilib ki, tədbirin 4-cü günündə təşkil edilmiş 18 Nəqliyyat Mübadilə Mərkəzindən etibarlı nəqliyyat əlaqəsi təmin edilib və 52 367 sərnişin daşınıb.
COP29-da iştirak edən qonaqların rahat və təhlükəsiz daşınmasını təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gücləndirilmiş rejimdə çalışır. Nəqliyyat əməliyyatlarını təmin etmək üçün AYNA tərəfindən BakuBus, Bakı Taksi Xidməti, Azparking əməkdaşları daxil olmaqla ümumilikdə 1600 nəfərdən çox heyət üzvü cəlb edilib.
Xatırladaq ki, COP29-un ilk günü 35 min, ikinci günü 45 minə yaxın, üçüncü günü 43 min sərnişin şatllarla daşınıb. Bu günədək ümumilikdə 175 mindən çox sərnişinə xidmət göstərilib.
Mina Mikayılova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 15 Noyabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















