Icma.az
close
up
RU
COP29un Yaşıl Zonasında dayanıqlı turizmin gücləndirilməsi mövzusunda sessiya keçirilib AZƏRTAC

COP29un Yaşıl Zonasında dayanıqlı turizmin gücləndirilməsi mövzusunda sessiya keçirilib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

COP29 konfransının doqquzuncu günündə rəsmi danışıqların aparıldığı Mavi Zona ilə yanaşı, COP29 Sədrliyi tərəfindən idarə olunan və geniş ictimaiyyətə xitab edən Yaşıl Zona proqramı üzrə silsilə tədbirlərin keçirilməsi davam edir. Noyabrın 19-da COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un Dayanıqlı inkişaf üzrə tərəfdaşı “Azersun Holding”in dayanıqlı turizm mövzusunda birgə panel müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Slou Fud” (Slow Food), zəif effekt: Yerli aqro-məhsullar ilə dayanıqlı turizmin gücləndirilməsi” adlı tədbirdə bir araya gələn ekspertlər, dayanıqlılıq tədqiqatçıları, iş dünyasının liderləri və turizm peşəkarları "slou fud" hərəkatı və dayanıqlı kənd təsərrüfatı prinsiplərinin aşağı təsirli turizmin inkişafında necə rol oynayacağını müzakirə ediblər.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidin moderatorluğu ilə keçirilən panel müzakirəsində Dayanıqlılıq və Davamlı İnkişaf Mərkəzinin (CRSD) Təsisçisi və Araşdırma Mərkəzinin direktoru, Kembric Universitetinin Mühəndislik və Torpaq İqtisadiyyatı Departamentinin dosenti dr.Nazia Mintz Habib, uqandalı aqronom və “Slow Food” hərəkatının prezidenti Eduard Mukiibi, “Azersun Holding”in baş direktoru və idarə heyətinin üzvü Mehmet Savaş Uzun, COP29-un dayanıqlı inkişaf üzrə baş məsləhətçisi Marina Olşanskaya, dayanıqlı kənd təsərrüfatı layihələrinin təşəbbüskarı Fərid Axundov iştirak ediblər. Panel iştirakçıları yerli kənd təsərrüfatı məhsullarının və dayanıqlı kənd təsərrüfatı təcrübələrinin qida sənayesinin karbon emissiyalarını azaltmaq və ekoloji cəhətdən uyğun turizm təcrübələrini təşviq etməkdə oynayacağı rolu müzakirə ediblər. Müzakirə zamanı vurğulanıb ki, yerli kənd təsərrüfatı məhsullarına üstünlük verərək və dayanıqlı kənd təsərrüfatı təcrübələrini dəstəkləyərək, turizmin yaratdığı karbon emissiyalarını azaltmaq, səyahət təcrübəsini zənginləşdirmək və daha yaşıl, eyni zamanda, dayanıqlı bir gələcəyə töhfə vermək mümkündür.

Qeyd edək ki, adıçəkilən panel müzakirəsi ilə yanaşı, Yaşıl Zonada gün ərzində digər tədbirlər də keçirilib. Bu tədbirlər çərçivəsində iqlim fəaliyyətində özəl sektorun iştirakı, Xəzər hövzəsinin təbii irsinin qorunub saxlanmasına üstünlük verərək, Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi, kənd təsərrüfatında qabaqcıl təşəbbüsləri və keyfiyyətli qidaya çıxışla bağlı aktual problemlər, iqlim dəyişmələri və kənd təsərrüfatı üzrə ixtisaslaşmış beynəlxalq təşkilat və qurumlarla strateji əməkdaşlığı kimi mövzuların müzakirəsində yerli və xarici ekspert iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri