“Mançester Siti”dən sensasion transfer planı: Haalandın yerinə Osimhen
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
İngiltərənin “Mançester Siti” klubu Erlinq Haalandın gələn yay komandadan ayrılması ehtimalına qarşı hücum xəttini yeniləməyi planlaşdırır. Norveçli futbolçunun mümkün əvəzediciləri arasında Türkiyənin “Qalatasaray” klubunda çıxış edən Viktor Osimhenin də adı çəkilir.
Moderator.az xarici idman nəşrlərinə istinadən xəbər verir ki, yayılan məlumatlara görə, “Mançester Siti” Haalandın yerinə üç futbolçunu nəzərdən keçirir: Viktor Osimhen, Evanilson və İqor Tyaqo.
Məlumatda bildirilir ki, Haalandın mümkün transferindən təxminən 175 milyon avro gəlir əldə etmək istəyən İngiltərə klubu Osimhenin keçidini də dəyərləndirir. Nigeriyalı hücumçunun transfer qiymətinin təxminən 75 milyon avro ola biləcəyi iddia edilir.
Haalandla “Real Madrid”, PSJ, “Barselona” və “Liverpul” klublarının maraqlandığı da bildirilir. Digər namizədlərdən braziliyalı Evanilson “Bornmut”da, İqor Tyaqo isə “Brentford”da çıxış edir.
Bununla belə, “Mançester Siti”nin Osimhen üçün rəsmi təklif göndərdiyinə dair təsdiqlənmiş məlumat yoxdur. Transfer planlarının klubla bağlı gözlənilən intizam qərarından asılı ola biləcəyi də qeyd edilir.
Baxış sayı:55
Bu xəbər 17 Noyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















