“COP31 yeni əməkdaşlıq imkanları yaradır” DEPUTAT
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
"COP31 kimi beynəlxalq platformalarda keçirilən ikitərəfli görüşlər Azərbaycanın yeni siyasi və iqtisadi tərəfdaşlıqlar qurması baxımından mühüm imkanlar yaradır. COP31 iqlim dəyişiklikləri ilə bağlı məsələlərin müzakirə olunduğu platforma olsa da, eyni zamanda beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və mühüm siyasi müzakirələrin aparılması baxımından da xüsusi əhəmiyyət daşıyır".
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat qeyd edib ki, xüsusilə Antalyada keçirilən bu tədbir çərçivəsində Liderlər Sammiti Azərbaycan-Türkiyə münasibətlərinin beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsi baxımından diqqətəlayiq oldu:
"Liderlərin birgə ailə fotosu çəkdirərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanında Azərbaycan Prezidenti İlham Əliyev üçün yer ayrılması, iki liderin çiyin-çiyinə dayanması, daha sonra qol-qola girərək söhbətləşməsi ölkələrimiz arasında münasibətlərdə gərginlik yaratmağa çalışan dairələrə mühüm mesaj kimi qiymətləndirilə bilər.
Mediada yayılan görüntülər, eyni zamanda, COP31 platformasında Azərbaycan və Türkiyənin birgə və koordinasiyalı mövqeyini nümayiş etdirən mənzərə yaradıb. Tədbirdə iştirak edən bir sıra dövlət və hökumət başçılarının hər iki prezidentlə görüşməsi, Azərbaycan Prezidenti İlham Əliyevə yaxınlaşaraq onunla səmimi söhbətlər aparması Azərbaycanın beynəlxalq nüfuzunun və ölkə başçısına göstərilən diqqətin göstəricisi kimi dəyərləndirilə bilər.
Bütün bunlar Azərbaycanın beynəlxalq platformalarda artan siyasi çəkisini və fəal iştirakını nümayiş etdirir. Dövlət və hökumət başçılarının belə tədbirlər çərçivəsində keçirdikləri ikitərəfli görüşlər ölkələr arasında münasibətlərin inkişafı, siyasi dialoqun gücləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması üçün mühüm fürsətlər yaradır.
Hesab edirəm ki, Azərbaycan bu cür beynəlxalq platformalardan yalnız iqlim gündəliyində deyil, həm də siyasi, iqtisadi və diplomatik əlaqələrin inkişaf etdirilməsi istiqamətində səmərəli istifadə etməyə çalışır. Bu baxımdan, COP31 Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının əldə olunması üçün əhəmiyyətli platforma kimi çıxış edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 12 Noyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















