Icma.az
close
up
RU
“COPdan COPa aqrarqida irsləri mövzusunda panel müzakirələr

“COPdan COPa aqrarqida irsləri mövzusunda panel müzakirələr

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə də iqlim dəyişikliyi və iqliməuyğun kənd təsərrüfatının mövzusu xüsusi müzakirəsi davam etdirilir. Beynəlxalq iqlim konfransının səkkizinci günündə “COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib. SİA xəbər verir ki, “Mavi zona”da keçirilən tədbirdə qlobal iqlim öhdəlikləri müzakirə olunub.

“Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin Direktoru Kaveh Zahedi edib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov beynəlxalq iqlim konfranslarında əldə edilən nailiyyətlərin daha da inkişaf etdirilməsinin mühüm olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü bütün dünyada dayanıqlı aqro-ərzaq sistemlərinin yaradılması üçün səyləri uyğunlaşdırmaq məqsədi daşıyır. Harmoniya təşəbbüsünün COP28 BƏƏ Bəyannaməsində göstərilən məqsədlərə tam uyğun olduğunu deyən nazir bu təşəbbüsün iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı əməkdaşlığın gücləndirilməsi və əldə edilən nailiyyətlərin inkişaf etdirilməsində mühüm rol oynayacağını vurğulayıb. Bu təşəbbüs daimi birgə fəaliyyətin təməlini qoymaqla daha güclü, iqlimə davamlı qida sistemlərinin mirasının yaradılması prosesinə əhəmiyyətli dəstək verəcək, kənd təsərrüfatının gələcəyini formalaşdıracaq.

Böyük Britaniyanın Ətraf mühit naziri Mari Kriğ, Birləşmiş Ərəb Əmirliklərinin İqlim dəyişikliyi və ətraf mühit naziri Amna Al Dahak, eləcə də “COP-dan COP-a fəaliyyətin sürətləndirilməsi” panel sessiyasında çıxış edən rəsmilər COP konfranslarının iqlim dəyişikliyi ilə mübarizə və onun təsirlərinə uyğunlaşma üçün mühüm sektor kimi aqro-ərzaq sistemlərinə getdikcə daha çox diqqət yetirdiyini, qlobal iqlim öhdəliklərini yerinə yetirməyin vacib olduğunu diqqətə çatdırıblar.

Bildirilib ki, bu tədbir sinerjiləri müəyyən etməyə, öyrənilən dərsləri bölüşməyə və UNFCCC çərçivəsində qlobal iqlim öhdəliklərinə nail olmaq üçün milli və regional səviyyələrdə sürətləndirilmiş fəaliyyəti təşviq etməyə ximət edəcək. Eyni zamanda, tədbir sektorlar arasında daha güclü əməkdaşlığı inkişaf etdirmək, resursları sadələşdirmək və uzunmüddətli hədəflərə davamlı diqqəti təşviq etmək üçün bir fürsət kimi dəyərləndirilir.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri