Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

“Copy paste mediasının meydanı xeyli daralıb” Komitə sədri

“Copy paste mediasının meydanı xeyli daralıb” Komitə sədri

Icma.az, Modern.az saytına istinadən bildirir.

Aparılan monitorinqlər göstərir ki, “Media haqqında” yeni qanun son 4 ildə pozitiv dinamikaya səbəb oldu, onlayn media subyektlərinin material istehsalını stimullaşdırdı, özünəməxsus informasiyaların xüsusi çəkisini artırdı. Veb-saytlarda xəbərlərin nisbəti üç dəfə böyüyüb və həcmi təqribən 35 faizə çatıb. Geniş oxucu kütləli onlayn media subyektləri ilə yanaşı, kiçik auditoriyalı veb-saytların məzmununda da dəyişiklik baş verib. Copy-paste mediasının meydanı xeyli daralıb.

Modern.az xəbər verir ki, bu sözləri İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc Milli Məclisin 8 iyul tarixində keçirilən iclasında bildirib.

Z. Oruc vurğulayıb ki, sosial şəbəkələrin güclənməsi və sürətli informasiya axınları ənənəvi medianın məzmununa bəzən dağıdıcı, antidövlət və millət əleyhinə cərəyanları da gətirib. Belə şəraitdə milli medianın kontent istehsalı və yayımı zamanı redaksiya siyasəti, peşə etikasına əməl etməsi ümummili tələbə çevrilir. Yeni qanunun qəbulundan sonra jurnalist etikasına zidd və ictimai mənəviyyat əleyhinə materialların kütləvi yayımı xeyli azalıb, istinad və müəlliflik hüquqları sahəsində pozitiv tendensiyalar yaranıb.

“Eyni zamanda, xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsiplərinə uyğun deyil. Medianın İnkişafı Agentliyi keçirdiyi müsabiqə qaydalarına dəyişiklik edərək, maliyyələşdirdiyi veb-saytların unikal məzmununun yalnız 25 faizinin tərcümə materialı olması ilə bağlı tələb irəli sürüb. Qərarın mediada rəngarəngliyə, janr çoxşaxəliliiyinə, xüsusilə, təhlil kontentinin genişlənəcəyinə təsiri şübhəsizdir”.

Deputatın sözlərinə görə, Qərb və qonşu dövlətlər paritet qaydada, yəni ölkəmizin media subyektlərinə bərabər şərait, yayım imkanları və dalğaları, eləcə də təmsilçilik kvotaları vermədən Azərbaycanın media məkanı üzərində hökmranlıq qazanmışdılar. "Amerikanın səsi", "Azadlıq radiosu", "Sputnik Azərbaycan" və onlarla digər xarici dövlət mediaları faktiki olaraq, fikir və söz azadlığı çətiri altında xarici dövlətlərin hakimiyyətə təsir, təzyiq mexanizmi və təmsil etdikləri dövlətlərin kəşfiyyat bürolarına çevrilmişdilər. Trampın hakimiyətə gəlməsi ilə  martın 14-də Qlobal Media Agentliyinin fəaliyyət dairəsi və maliyyəsi kəsildi.  40-dan çox dildə onlayn, radio və televiziyada fəaliyyət göstərən beynəlxalq media, 270 milyon dollar büdcəyə və 2 mindən çox əməkdaşa sahib olan, auditoriyası 361 milyondan çox insanı əhatə edən xarici kəşfiyyat və hücum platformalarının fəaliyyəti kəskin şəkildə daraldıldı.

“Abzasmedia mətbuat meyarlarına qətiyyən uyğun olmasa da onun daxildə fəaliyyətini təşkil edən və korrpusiyaya qarşı mübarizə apardığını söyləyən şəbəkə özü xaricdən 100 minlərlə dollar vəsaiti qaçaqmalıçılıq, vergidən yayınma ilə ölkəyə gətirir və əksəriyyəti məsuliyyətə cəlb olunsa da abzas.media platforması fəaliyyətini davam etdirir. “Necə, kimin vasitəsilə və haradan” sualını versəniz, unikal mənzərə ilə qarşılaşacaqsınız. Platformanın bütün texniki resursları, redaksiya siyasəti və xəbər mənbələri xarici qüvvələrin iradəsi, əməliyyat vasitələri və media pərdəsi arxasında konkret dövlətə bağlıdır”- deyə o qeyd edib.

Bunları nəzərə alaraq, informasiya agentliklərinin fəaliyyətinin hüquqi meyarlarının müəyyənləşdirilməsi, o cümlədən, xarici media subyektlərin fəaliyyətinin statusu və biznes subyekti kimi fəaliyyətinin təkmilləşdirilməsi məsələlərindən də danışan Zahid Oruc qeyd edib ki, qanunda hər hansı resursun informasiya agentliyi hesab olunması üçün onun digər media orqanı ilə müqavilə bağlaması əksini tapır. Təklifdə yalnız minimum say müəyyənləşib. Müqavilələrin mövcudluğu hər bir informasiya agentliyini xəbər saytından fərqləndirən əsas xüsusiyyətdir.

“İnformasiya agentliyinin biznes subyekti kimi qeydiyyatdan keçməsi Media Reyestrindən əvvəlki mərhələdir. İlk olaraq, onlar Dövlət Vergi Xidmətində qeydiyyatdan keçir. Yəni, Media Reyestrinə müraciət edənə qədər informasiya agentliyinin istənilən subyektlə müqavilə bağlaması üçün hüquqi imkanı yaranır. Mövcud qanuna əsasən informasiya agentlikləri Reyestrə müraciət edərkən müqavilələrini təqdim edirlər və hər hansı problemlə üzləşmirlər. Dəyişiklik qəbul edilərsə, yalnız minimal hədd müəyyənləşəcək.

Eyni yanaşma, informasiya agentliyinin minimum 5 jurnalistinin xarici ölkədə akkreditasiyadan keçməsinə də aiddir. Hər bir informasiya agentliyinin mahiyyətinə uyğun fəaliyyətə başlaması üçün Reyestrə gələnə qədər müqavilə bağladığı və xarici ölkədə akkreditasiyadan keçirdiyi 5 jurnalisti olmalıdır. Əks halda informasiya agentliyi ilə xəbər saytı arasındakı sərhəd itir. Xüsusi vurğulayaq ki, norma formalaşdırılarkən informasiya agentliklərinin rəhbərləri təklifi tamamilə müdafiə ediblər”. 

“Yekunda bir daha vurğulayaq ki, təklif edilən dəyişiliklər mediada kontentin keyfiyyətinin yüksəlməsinə və aparıcı media orqanlarının daxili-xarici informasiya məkanında paritet təmsilçiliyinə, milli informasiya məkanımızın və rəqəmsal suverenliyimizin qorunmasına, cəmiyyətin media subyektlərindən gözləntilərinin doğrulmasına xidmət edəcəkdir.

Sonda milli mətbuatımızı 150 illik yubileyi ilə münasibətilə təbrik edir, qalib media kimi Əkinçidən Akınçıya çevrilməyi arzulayırıq!”- deyə millət vəkili sonda bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri