Icma.az
close
up
RU
Kainatın “yetim” planetləri

Kainatın “yetim” planetləri

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Kosmosda ulduzlara bağlı olmayan, sərbəst hərəkət edən kürə formalı obyektlər mövcuddur. Bu obyektlər “yetim planetlər” adlanır. Onların demək olar ki, işıq saçmadığı və çox az işıq əks etdirdiyi üçün müşahidə edilməsi çətindir. Buna baxmayaraq, beynəlxalq astronomlar qrupu nadir bir təsadüf nəticəsində belə bir planeti aşkar etməklə yanaşı, onun kütləsini də yüksək dəqiqliklə ölçməyə nail olub.

Adətən planetlər bir ulduzun ətrafında dövr edir. Lakin alimlərin fikrincə, bəzi planetlər müxtəlif kosmik hadisələr nəticəsində öz sistemlərindən qoparaq təkbaşına kosmosda hərəkət edə bilir. Digər ehtimala görə isə bu planetlər ulduzlararası qaz və tozdan birbaşa formalaşır. Bu səbəbdən onlara “yetim planetlər” deyilir.

“Yetim planetləri” adi teleskoplarla görmək mümkün deyil. Onlar ulduzlar kimi işıq saçmır və ətrafdan gələn işığı da çox zəif əks etdirir. Buna görə astronomlar onları tapmaq üçün qravitasiya mikrolinzalanması adlı üsuldan istifadə edirlər. Bu üsula görə, planet uzaq bir ulduzun qarşısından keçərkən onun cazibə qüvvəsi ulduzun işığını gücləndirir və ulduz qısa müddətə daha parlaq görünür.

Bu metod planetin mövcudluğunu göstərsə də, onun kütləsini və məsafəsini dəqiq müəyyənləşdirmək həmişə mümkün olmur. Bu səbəbdən indiyədək aşkar olunan bir çox “yetim planet” namizədi tam təsdiqlənməyib.

2024-cü ildə Koreya və Polşa teleskopları bir ulduzun qısamüddətli parlaqlıq artımını qeydə alıb. Eyni vaxtda “Qaya” kosmik rəsədxanası da həmin hadisəni müşahidə edib. Yerüstü və kosmik müşahidələrin birləşdirilməsi alimlərə planetin məsafəsini və kütləsini dəqiq hesablamağa imkan verib.

Məlum olub ki, bu "yetim planet" Yerdən təxminən 10 min işıq ili məsafədədir. Onun kütləsi Yupiterin kütləsinin təxminən beşdə biri, yəni Saturnun kütləsinə yaxındır. Bu, kütləsi yüksək dəqiqliklə ölçülmüş ilk "yetim planet" hesab olunur.

Bu kəşf göstərir ki, "yetim planetlər" həqiqətən mövcuddur və əvvəl düşünüləndən daha çox ola bilər. Alimlər hesab edir ki, indiyədək tapılmayan bir çox belə planet texniki imkanların məhdudluğu səbəbindən aşkarlanmayıb.

Mütəxəssislər gələcəkdə yeni teleskopların bu cür planetlərin daha çoxunun tapılmasına kömək edəcəyini bildirirlər. NASA-nın 2027-ci ildə buraxmağı planlaşdırdığı “Nensi Qreys Roman” kosmik teleskopunun "yetim planetlər"in öyrənilməsində mühüm rol oynayacağı gözlənilir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri