Icma.az
close
up
RU
“Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər...”

“Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər...”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər. Çünki o, 6 aylığında olanda milis atasını qaçaqlar öldürmüşdülər”.

“Qafqazinfo” xəbər verir ki, bunu jurnalist Elxan Şükürlü bu gün dünyasını dəyişən sabiq baş prokuror İlyas İsmayılov haqqında  sosial şəbəkə hesabındakı paylaşımda deyib.

“Müharibə başlayanda isə dayısını əsgər apardıqlarından anası Mələk xanım qardaşının da uşaqlarına baxmaq üçün iki körpə övladı İdris və İlyası da götürüb kəndə qayıtmışdı. “Yetim İlyas” ləqəbini də elə burada - kənddə qoymuşdular.

Heç kim inanmazdı ki, gün gələcək, bu “Yetim İlyas” nəinki Azərbaycanda, dünyanın ən nəhəng ölkəsi sayılan SSRİ-də belə ən ciddi söz, nüfuz sahiblərindən biri olacaq, bütün hüquqşünasların arzuladığı ən böyük zirvələri fəth edəcək - Azərbaycan SSR prokuroru, SSRİ Prokurorluğunun Həbsxanalara Nəzarət İdarəsinin rəisi, müstəqil Azərbaycanın ədliyyə naziri, hüquq elmləri doktoru olacaq!

Üç aydan çox ölüm yatağında da o sarsılmaz iradəsini hər kəsə göstərdi: Oğlu Etimadı düşmən gülləsiylə itirmiş, onunla son anda halallaşmamışdı deyə, qürbətdə yaşayan ikinci oğlu Mətinin gəlib çıxmasına, əlini tutmasınadək ölümə təslim olmadı, dözdü... Nəhayət, bu gün - fevralın 17-də o da hər kəsin dadacağı ölümə təslim oldu”.

Qeyd olunub ki, İlyas İsmayılovun cənazəsi sabah saat 11:00-da “Heydər” məscidindən götürüləcək. O, vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristanlığında, oğlu Etimadın yanında dəfn ediləcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Fevral 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri