Çörək təhlükəli məhsuldur, yeməyin! Alimlərin rəyi
Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Harvard Universiteti (ABŞ) alimləri belə nəticəyə gəliblər ki, adi hər gün yediyimiz çörək insan sağlamlığına çox ciddi ziyan vura bilər.
Bunun səbəbi çörəyə əlavə olunan propionat maddəsidir. Bu maddə çörəkdə kifin əmələ gəlməsinin qarşısını alır.
Saglamolun.az Rossiyskaya qazeta-ya istinadla xəbər verir ki, propionat maddəsi hormonal səviyyəsində orqanizmə təsir edərək piylənmə və şəkərli diabetin riskini xeyli artırır.
Alimlər siçovullar üzərində sınaqlar aparıblar. Məlum olub ki, propionat qlükozanın ifrazını artıraraq şəkərli diabetin riskini artırır.
Bir qrup könüllülər üzərində aparılmış təcrübə göstərib ki, tərkibində propionat olan çörək yeyənlərdə metabolik pozulmalara səbəb olan hormonların səviyyəsi çox yüksək qalxır və bu hormonların səviyyəsi hələ yeməkdən bir neçə saat sonra da yüksək səviyyədə qalır.
Təbii ki, burada söhbət dükanlarda satılan çörəkdən gedir. Ev şəraitində tamdənli undan hazırlanmış çörək sağlamlıq üçün nəinki ziyansızdır, həmçinin çox faydalıdır.
Saglamolun.Az
Baxış sayı:128
Bu xəbər 16 Noyabr 2024 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















