Icma.az
close
up
RU
Hər gün ağ çörək yeməyin fəsadları

Hər gün ağ çörək yeməyin fəsadları

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər süfrədə əsas qidalanma mənbəyi olan çörək, yüksək karbohidratlı qidalar arasındadır. Sağlam həyat tərzinə əhəmiyyət verən bir çox insan çörək istehlakını dayandırır. Bəs, mübahisəli qidalardan biri olan çörəyi hər gün yediyimiz zaman orqanizminizdə nə baş verir? Daim çörək istehlak etməyin orqanizmə bəzi mənfi təsirləri ola bilər. Bu səbəbdən çörəyi nəzarətli şəkildə istehlak etmək lazımdır. Bəzi çörəklər güclü lif mənbəyidir.

News24.az xəbər verir ki,  diyetoloqlar qara çörəyin nəzarətli şəkildə istehlak etməyin karbohidrat ehtiyaclarınızı qarşılayacağını və ziyansız olduğunu söyləyirlər. Lakin ağ çörəkdən istifadə edirsinizsə, onun sağlamlığınız üçün ciddi riskləri olduğunu unutmamalısınız.

Ağ çörəyin saxlama müddəti digər çörək növlərinə nisbətən daha uzundur. Müntəzəm istehlak edildikdə bədən sağlamlığına mənfi təsir göstərir. Hər gün ağ çörək yemək bədən sağlamlığını hətta təhdid edir. Ağ çörəkdə protein, lif, vitaminlər, minerallar və sağlam yağlar kimi qida maddələri azdır. Nisbətən yüksək kalorilidir və yeməkdən dərhal sonra qan şəkərinin səviyyəsinin yüksəlməsinə səbəb olur.

Tədqiqatlar göstərir ki, müntəzəm olaraq ağ çörək yemək 2-ci növ şəkərli diabet, piylənmə və ürək xəstəliyi kimi sağlamlıq problemlərinin inkişaf riskini artırır.

Qan şəkərinin artması

Ağ çörək yüksək şəkər tərkibli karbohidratdır. Bədən onu enerji üçün tez parçalayır, nəticədə qan şəkərinin sürətlə artması və yüksəlməsi baş verir. Bədən karbohidratları parçalayanda onları qlükozaya çevirir və qan şəkərinin səviyyəsini artırır.

Amerika Ürək Dərnəyinin araşdırmasında bu barədə "Qan şəkərinin səviyyəsi yüksələndə sürətlə aşağı düşür və sizdə ləng və yorğun hiss edirsiniz" sözləri qeyd edilib. Vurğulanır ki, ağ çörəyin istehlakı qanda şəkərin qəfil yüksəlməsinə səbəb ola bilər. Ağ çörəyin yüksək glisemik indeksi (qidaların qan şəkərinin səviyyəsini nə qədər artırdığının ölçüsü) var, qan şəkərinin yüksəlməsinə və azalmasına səbəb olur. Ağ çörək emal edildikdə, bir çox qida maddəsi xaric olur. Qara çörək bədən tərəfindən daha uzun vaxt ərzində həzm olunur və ağ çörəklə eyni qan şəkərinin artmasına səbəb olmur.

Bağırsaq sağlamlığına mənfi təsir edir

Qara çörək sağlam bağırsağı dəstəkləyən lif və digər qida maddələrini ehtiva edən karbohidratlardır. İstehsal zamanı ağ çörək bu qidalardan təmizləndiyi üçün eyni həzm sisteminə fayda vermir və mənfi təsir edir. Buğda üç komponentdən ibarətdir: kəpək, toxum və endosperm. Ağ çörək hazırlamaq üçün istehsalçılar taxıldan kəpəyi çıxarır, yalnız endospermi buraxırlar.

Lif qan şəkərinin səviyyəsini tarazlayan və yeməkdən sonra toxluq hissi yaradan qidadır. Liflə zəngin pəhriz ürək xəstəliyi riskinin aşağı düşməsi və bağırsaq sağlamlığının yaxşılaşması ilə əlaqələndirilir. Lif həmçinin bağırsağın nizamlılığını dəstəkləyir və qəbizliyin qarşısını alır. Ağ çörək bu sağlamlıq faydalarını təmin etmir.

Şəkərli diyabet və çölyak xəstələrinin diqqətinə!

Ağ çörək hər kəs üçün yaxşı seçim deyil. Qlüten çölyak xəstəliyi olan insanlar üçün yaxşı deyil və ağ çörəkdən çəkinməlidirlər. Çölyak xəstəliyi olan insanlar qlüten istehlak etdikdə onların immun sistemi nazik bağırsağı çətinə salır və zədələyir. Qlütenə qarşı dözümsüzlüyü və ya həssaslığı olan insanlar da şişkinlik kimi xoşagəlməz simptomlara səbəb ola biləcək ağ çörəkdən qaçınmağı seçə bilərlər. Ağ çörək, ehtimal ki, şəkərli diabet və ya qan şəkərinin səviyyəsinə təsir edən digər xəstəlikləri olan insanlar üçün yaxşı seçim deyil. Qan şəkəri səviyyəsinin yüksəlməsinə səbəb olduğundan, onu yemək diabetin idarə edilməsini çətinləşdirə bilə.//BAKU.WS

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 Noyabr 2024 03:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri