Icma.az
close
up
RU
Çörəyi “kəlbətin”dən çıxan HƏKİMLƏR Məsuliyyətə cəlb oluna bilərlər

Çörəyi “kəlbətin”dən çıxan HƏKİMLƏR Məsuliyyətə cəlb oluna bilərlər

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Diş çəkdirmək uşaqlı-böyüklü hər kəsin narahat olduğu, hətta qorxduğu prosesdir. Əksər insanların diş çəkdirməklə bağlı travması var. Amma son illər əvvəlki dövrlərdəki kimi azacıq çürüməsi olan dişlər çıxarılmır, əksinə müalicə edilərək ikinci həyat bəxş olunur.
Texnologiyanın inkişafı və Qərb təcrübəsi dişlərimizi bu zillətdən qurtarsa belə yenə də “kəlbətin”dən xilas ola bilməyən dişlərimizi çəkdirmək məcburiyyətində qalırıq. Burda isə növbəti problem qarşımıza çıxır.
Belə ki kiçik diş klinikalarında diş çıxarılması qadağan olunub. Artıq “dişin ağrıyır, çək qurtar” – tövsiyəsi dişin özündən betər problem olub, xəstə bir diş çəkdirmək üçün böyük klinika və xəstəxanalara müraciət etməli olur.
Sadə bir prosedur sayılan diş çıxarılması niyə birdən-birə təhlükəli hesab olunmağa başladı?

Stomatoloq Naib Səfərov Bizim.Media-ya açıqladı ki, diş çıxarılması, xüsusilə də mürəkkəb və cərrahi xarakter daşıyan hallarda xüsusi avadanlıq, steril şərait və ixtisaslı cərrah tələb edir. Ona görə də kiçik stomatoloji məntəqələrdə bu şərtlərin tam təmin olunmaması pasiyentin sağlamlığı üçün ciddi risk yarada bilər.
 

“Sadə diş çıxarılması, xüsusən də bölgələrdə icazəli qalsa da, cərrahi müdaxilə tələb edən proseslər artıq daha ixtisaslaşmış müəssisələrin səlahiyyətinə daxildir. Yəni məqsəd pasiyentin rahatlığını məhdudlaşdırmaq deyil, əməliyyatın təhlükəsizliyini təmin etməkdir. Çünki bəzən sadə görünən dişi rentgenə salanda kökünün dərin və haçalı olduğunu görürük, bu dişi çəkmək elə kiçik əməliyyat aparmaq deməkdir, bunu da yalnız diş cərrahları uğurla həyata keçirə bilər”.


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatında bildirilir ki,  Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Özəl tibb fəaliyyəti haqqında” Qanuna uyğun olaraq, stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz. Əks halda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati qaydada məsuliyyətə cəlb oluna bilərlər.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri