Icma.az
close
up
RU
“Coşqun xətti tamamlamamış Ucal da yola salındı” ŞAHİD

“Coşqun xətti tamamlamamış Ucal da yola salındı” ŞAHİD

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Həmin gün Coşqun, Ucal, Şəbnəm və Nazlı zipline-in birinci mərhələsini problemsiz keçiblər.

Redaktor.az xəbər verir ki, bu sözləri Şəkidə baş verən faciənin birbaşa şahidi, Coşqun Məmmədovun nişanlısı Nazlı xanım deyib.

Nazlı xanımın sözlərinə görə, həmin gün Coşqun, Ucal, Şəbnəm və Nazlı zipline-in birinci mərhələsini problemsiz keçiblər. İkinci mərhələdə əvvəl Şəbnəm yola salınıb və təhlükəsiz şəkildə qarşı tərəfə çatıb. Sonra Coşqun xəttə buraxılıb. Nazlı xanım isə sona qalaraq video çəkəcəkmiş. Onun sözlərinə görə, Coşqun hələ xəttin sonuna çatmamış qarşı tərəfdən Ucal da yola salınıb. Yəni eyni anda xətt üzərində iki nəfər olub.

Nazlı xanım deyir ki, Coşqun ona əl yelləyib, bir neçə saniyə sonra isə qəfil sola doğru gedib... tros qırılıb. Zərbədən yola çıxmağa hazırlaşan Nazlı xanım da yerə yıxılıb, amma xoşbəxtlikdən ciddi xəsarət almayıb.

Hadisə saat 14:44-də baş verib və həmin ana aid fotoşəkilin vaxt göstəricisi bunu göstərir. Hadisədən sonra işçilərin rabitə cihazından “Kömək edin, qolum sındı” səsini eşidən Nazlı bunun Coşqun olduğunu düşünüb və onun sağ qalacağına ümid edib.

Saat 15:08-də Coşqunun düşdüyü yerə çatanda isə artıq gec olub. Onun mələk üzü, mavi gözləri mən ora çatanadək açıq idi, — deyir Nazlı xanım.

Bu vaxt gözləri Ucal və Şəbnəmi axtarır. Bir müddət sonra Ucalın asfalt üzərinə düşdüyünü görür. Nazlı xanımın sözlərinə görə, Ucal bir müddət həyatda olub, lakin təcili yardım əraziyə gec çatıb. Bəyaz, nurlu üzü olduğu kimi idi, amma başının arxasından qan axırdı...— deyə o bildirir.

Bunlar istintaqın nəticəsi deyil, faciənin birbaşa şahidinin ifadələridir və araşdırılmalıdır.

Ən mühüm sual isə budur: Coşqun xətti tamamlamamışdısa, Ucal niyə yola salınmışdı? Eyni xəttdə iki insanın eyni vaxtda hərəkətinə kim icazə vermişdi?

Nazlı xanımın başqa bir cümləsi isə bu faciənin bütün ağırlığını ifadə edir. Deyir, yüksəklikdə işləyən kişiyə baxıb yazıqları gəlib, hətta ona əlavə pul verməyi düşünüblər:

—Amma axırda özüm yazıq oldum... İnsan həyatı üzərindən biznes quranlar anlamalıdırlar: qazandığınız hər 25 manatın arxasında sizə etibar edib o trosdan asılan bir insan var. O insan pulunu verməklə həyatını da bir neçə dəqiqəlik sizin məsuliyyətinizə verir. Bu məsuliyyətin qiyməti 25 manat deyil. İnsan həyatıdır (Buta media).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Sentyabr 2026 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri