Icma.az
close
up
RU
COVD geri qayıdır?

COVD geri qayıdır?

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Omikron”un bəzi altnövləri hələ də dövriyyədədir...

Son günlər əhali arasında qrip simptomlarına bənzər viruslar çox yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlamətlərlə xarakterizə olunur. Adını qoya bilmədiyimiz və ağır simptomlarla keçirilən xəstəliyin əslində “Omikron” ştammı olduğu ortaya çıxıb. Belə ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlamasında hazırda Azərbaycanda COVD-19 infeksiyasının “Omikron” ştamının mövcud olduğunu bildirib.

T.Eyvazov qeyd edib ki, həm Azərbaycanda, həm də bir çox digər ölkələrdə COVD-19 infeksiyasının “Omikron” variantının bəzi altnövləri hələ də dövriyyədədir: “Bu ştamlar yüksək yoluxuculuq qabiliyyətinə malik olsa da, sağlam və immun sistemi normal olan insanlarda xəstəlik əsasən yüngül keçir və bir neçə gün ərzində sağalma ilə nəticələnir”.

Yüksək hərarət, boğaz ağrısı, burun axması və ya tutulması, öskürək, oynaq və əzələ ağrıları ilə müşahidə olunan hallar isə əksər hallarda müxtəlif respirator virus infeksiyaları ilə bağlıdır. Bu viruslar əsasən hava-damcı yolu ilə yayılır və xüsusilə insanların sıx toplaşdığı məkanlarda sürətlə yoluxma halları baş verir.

Belə simptomlarla müşahidə olunan infeksiyalar çoxdur və onların gedişatı şəxsin fərdi xüsusiyyətlərindən - xüsusilə immun vəziyyətindən asılı olaraq dəyişə bilər”.

Digər variantlardan daha sürətlə yayılır

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən infeksionist-həkim Vüqar Cavadzadənin sözlərinə görə, “Omikron” kimi variantlar, bizə COVD-19 pandemiyasının sona çatmasının hələ uzaq olduğunu xatırladır: “Hazırda “Omikron” variantı dünyanın bir çox ölkəsində aşkar edilib. Yadda saxlamaq lazımdır ki, COVD-19-un bütün variantları ağır xəstəlik və ya ölümə səbəb ola bilər. Lakin “Omikron digər variantlardan daha sürətlə yayılır.

Göründüyü kimi, COVD hələlik davam edən pandemiyadır. “Omikron” koronavirusun mutasiya edən sonuncu ştammı deyil. Mutasiyalar davam etdiyi üçün pandemiya bitməyib”.

Necə qorunaq?

İnfeksionist qeyd edib ki, “Omikron” ştamından qorunmaq üçün gigiyenik qaydalara əməl etmək vacibdir: “Hətta “Omikron”un yüksək yoluxduruculuğunu nəzərə aldıqda bu qaydaların zəruriliyi daha da artır. Yoluxmadan qorunmaq, virusun yayılmasının qarşısını almaq üçün qapalı məkanlardan mümkün qədər uzaq qalmaq, kütləvi toplaşmalarda mütləq tibbi maska taxmaq lazımdır. Həmçinin sosial məsafənin qorunması da zəruri tədbirlərdəndir. Belə olan halda virusun geniş yayılmasının qarşısı alınar, xəstələnənlər infeksiyanı daha yüngül keçirər. Lakin istənilən halda, COVD-19 virusuna qarşı ən yaxşı profilaktika vaksinasiyadır”.

Yeganə BAYRAMOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri