Icma.az
close
up
RU
COVİD peyvəndi xərçəng müalicəsini gücləndirir Yeni araşdırma

COVİD peyvəndi xərçəng müalicəsini gücləndirir Yeni araşdırma

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

 Ehtimal iki dəfə artdı, yenisinə ehtiyac yoxdur



ABŞ-də aparılan yeni araşdırma, COVİD mRNA peyvəndinin xərçəng müalicəsində gözlənilməz təsir yaratdığını göstərib. İmmünoterapiya alan xəstələr üzərində 3 il boyunca aparılan araşdırmada peyvənd olunan qrupda sağ qalma ehtimalının 2 dəfə artdığı müəyyən edilib. Alimlər bildirir ki, COVİD -19 peyvəndi yalnız virusa qarşı deyil, xərçəng müalicəsində də immun sistemini gücləndirərək ümidverici təsir göstərir.

Sherg.az xəbər verir ki, araşdırmanın diqqətçəkən nəticələrini virusoloq Semih Tareen Milliyet.com.tr-yə izah edib.

ABŞ-də MD Anderson Xərçəng Mərkəzi tərəfindən aparılan və “Nature” jurnalında dərc olunan araşdırmaya görə, COVİD -19 mRNA peyvəndi olmuş xərçəng xəstələri immunoterapiyadan daha yüksək fayda görür. Tədqiqat göstərir ki, immunoterapiya başlamadan əvvəl peyvənd olunan ağciyər xərçəngi (NSCLC) və melanoma xəstələrinin yaşam müddəti nəzərəçarpacaq şəkildə uzanıb.

Məsələn, araşdırma dövründə peyvənd olunmamış ağciyər xərçəngi xəstələri orta hesabla 20,6 ay yaşayarkən, peyvənd olunanlarda bu göstərici 37,3 ay olub. Alimlər bunun mRNA peyvəndlərinin immun sistemini “hazır vəziyyətə gətirməsi” və xərçəng hüceyrələrinə qarşı daha güclü reaksiya yaratması ilə əlaqəli ola biləcəyini bildiriblər.

Virusoloq Semih Tareen araşdırmanın nəticələrinin nə demək olduğunu ətraflı şərh edib.

“Nature”da yayımlanan tədqiqata görə, ağciyər xərçəngi və ya melanoma üçün immunoterapiya alan xəstələr, müalicədən əvvəlki 100 gün ərzində COVİD mRNA peyvəndi olublarsa, müalicəyə daha güclü reaksiya veriblər. Bundan əlavə, bu xəstələrin ümumi sağ qalma müddəti də peyvənd olunmayanlarla müqayisədə xeyli uzun olub.

Semih Tareen deyir:

“Xərçəng müalicəsində immun sisteminin aktivləşməsi müalicənin gedişatını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. İmmünoterapiya xəstənin öz immun sistemindən bir növ dərman kimi istifadə edir. COVİD mRNA peyvəndi də bu prosesi dəstəkləyərək müalicənin uğuruna ciddi töhfə verir.”

Bu tapıntılar yeni xərçəng peyvəndi hazırlanmasına ehtiyac olduğu deməkdir? Semih Tareen bu suala belə cavab verir:

“Ən həyəcanverici tərəf budur ki, təsiri xüsusi hazırlanmış peyvəndlə deyil, hər kəsin bildiyi standart COVİD mRNA peyvəndi ilə görürük. COVİD peyvəndi burada adjuvan, yəni immun reaksiyasını gücləndirən yardımçı təsir göstərir. Bu, xərçəng müalicəsində çox vacibdir.”

O əlavə edib ki, illərdir prostat xərçəngi kimi xəstəliklər üçün xüsusi mRNA peyvəndləri hazırlanır. Lakin burada diqqət çəkən məhz COVİD peyvəndinin əlavə dəstəkləyici təsiridir.

Xərçəng hüceyrələri immun sisteminə “Məni hədəf almayın” siqnalları verə bilir. İmmünoterapiya isə bu siqnalları bloklayır. Tareen bildirir:

“COVİD mRNA peyvəndi immun sistemini hərəkətə gətirdiyi üçün immunoterapiyanın təsirini artırır. Amma bu təsir yalnız immunoterapiyanın tətbiq oluna bildiyi xərçəng növlərində mümkündür.”

Semih Tareen, yanlış anlaşılmaların qarşısını almaq üçün mühüm bir məqamı vurğulayır:

“COVİD mRNA peyvəndi tək başına xərçəngi müalicə etmir. Araşdırma belə dizayn edilməyib. O, immunoterapiyanın təsirini gücləndirir. “Peyvənd xərçəngi sağaldır” kimi başlıqlar səhvdir.”

O, immunoterapiyanın yan təsirlərinə də toxunaraq, otoimmün xəstəlikləri tetikleyə biləcəyini, lakin fayda-risk balansına həkimlə qərar verildiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri