Icma.az
close
up
RU
Çox işləmək sizi öldürəcək Sevil Seymur yazır

Çox işləmək sizi öldürəcək Sevil Seymur yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Gəlin bir aktiv günümüzü nəzərdən keçirək. Səhər oyanırıq. Kimi 8-də, kimi də 9-da. Mənim kimi evi şəhərdən 30 km uzaq olan biri isə artıq saat 6-da yuxudan ayılmağa məcburdur. Evdən çıxdığın an problemlər kürəyində öz yerlərini sıra ilə alırlar. Səhər tezdən aqressiv sürücülər, sürücüləri günahlandıran aqressiv insanlar, tıxac, basabas, səs-küy...

Bakının yağışlı bir gününə rast gəlmisənsə, saydıqlarıma daha nələr-nələr əlavə olunur. Seçim sənin əlindədir əslində. Taksi - ən yaxşı halda “Bolt”, avtobus, yaxud metro. Bu, bir növ ölümlərdən ölüm seçməkdir. Nəhayət, seçdiyin “ölüm vasitəsi” xalq dilində desək -nəqliyyat vasitəsi ilə iş yerinə çatırsan. Vaxtı ilə sevdiyiniz işi seçə bilmisinizsə, o zaman özünüzü cəzasını çəkib, cəhənnəm əzabından qurtulub sonunda cənnətə düşən insan kimi hiss edəcəksiniz. Sevdiyin iş üçün hər gün 30 km getmək bir problem deyil. Vay o gündən ki, o qədər yolu sevmədiyin bir işi görməyə gedəsən. Düşünə bilirsiniz bu nə deməkdir?!

Amma qınamaq da olmur. Dünyaya gəlmişik, yaşamaq lazımdır. Yaşamaq üçün yemək lazımdır, yemək üçün isə pul qazanmaq. Çox sevdiyim bir insanın bu haqda dediyi bir cümlə həmişə ağlımdadır: “İnsan həyatda iki şeydə ən başından udar və ya uduzar. Biri quracağı ailə, digəri seçdiyi peşədir. Qalan hər şey yerini tapır”. Təbii ki, ailəni də, işi də dağıdıb yenidən qurmaq mümkündür. Amma adamın illərlə çəkdiyi əziyyətə çox heyfi gəlir. Burada sözü gedən zəhmət elə belə zəhmət də deyil ha... Onu əzib keçmək böyük ürək tələb edir. Əksər insan belə bir ürəyə sahib olmadığına görə ömrü boyu sevmədiyi adam ilə evlilik sürdürür, sevmədiyi işi görür. Di gəl, insanların sevdiyi işi görmə şəkli ilə sevmədiyi işi görmə forması eynidir. Hər iki halda çox işləyirlər...

Bu mövzu haqqında Robert T.Kiyosakinin "Varlı ata, kasıb ata"  kitabında çox gözəl seçmələr var. Orada deyilir ki, cəmiyyət qınağı qarşısında qorxularımız bizim “siçovul yarışı”ndan azad olmağımıza mane olur. Çoxumuz “siçovul yarışı” ifadəsinin nə məna kəsb etdiyini dəqiq bilmirik. Bu ifadənin bir açıqlaması var – “sonsuz iş rejimi”. Bu o deməkdir ki, bütün işi siz gördüyünüz halda, digərləri – hökumət, borc toplayan kreditorlar və sahibkarlar, qazancınızın əsas hissəsini özləri üçün mənimsəyirlər.

Biz adətən “siçovul yarışı” barədə hamımızın iştirak etdiyimiz, amma sevmədiyimiz bir proses kimi danışırıq. Belə olduğu halda, niyə hələ də “siçovul yarışı”nda iştiraka davam edirik? Çünki çoxumuz cəmiyyət qınağı qarşısında qorxumuzun əsarəti altındayıq... Nəticədə sizin ağır zəhmətiniz sayəsində siz deyil, sahibkarınız varlanacaq. O varlandıqca, siz aram-aram “öləcəksiniz”. Araşdırmalara görə, ən az iş saatı təhsil sektoruna düşür. Bu sektorda çalışanlar ayda ortalama 146,9 saat  çalışır. Bu göstəricilərdən çıxan nəticə var: “Həyat işığınız öləziyir amma siz fərqində olmadan hələ də çox işləyirsiniz”.

Sevil Seymur

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyun 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri