Icma.az
close
up
RU
İstəyərdim ki, Juninyo “Sevilya”ya getsin Qurban Qurbanov

İstəyərdim ki, Juninyo “Sevilya”ya getsin Qurban Qurbanov

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yaxşı oyun oldu. Bu gün əksər futbolçulara oynamaq şansı verdik. Doğrudur, bəziləri dəqiqə olaraq, az oynadılar. Bu da planlaşdırılmışdı. Abdullah Zubir, Marko Veşoviç və Bəhlul Mustafazadəni nəzərdə tuturam. Onların ikisi xəstə idi, Bəhlul zədədən qayıtmışdı. Bu futbolçuların az oynaması lazım idi. Rəşad Sadıqov da sağ olsun, 3 hissə oynamağımıza razılaşdı və bu cür oyun keçirdik. Yaxşı sonluq oldu. Hər iki komanda üçün faydalı oyun idi".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"yə qarşı keçirdikləri yoxlama oyunundan (4:2) sonra deyib.

O, ümumi olaraq toplanışı belə dəyərləndirib: "Ümumən razı qaldım. Amma istədiklərimin hamısı həyata keçə bilməz. Vaxtımız, məşq sayımız azdır. Qarşıdakı günlərdə futbolçular tam, öz idman formasını yığdıqdan sonra onlardan maksimumu tələb edə biləcəyik".

Q.Qurbanov Juninyonun transferi ilə bağlı son durumu da açıqlayıb: "Rəhbərlikdən də deyirlər ki, sonluğa doğru gedir. Dünən və bu gün rəhbərlikdən heç kimi görməmişik. Ona görə də bir söz deyə bilməyəcəm. Amma bilirəm ki, hər şey tamamlanmağa doğru gedir. İstəyərdim ki, Juninyo “Sevilya”ya getsin. Amma Juninyo tərəfdən baxsaq, bəlkə də düzgün qərar qəbul edir. Çünki özü həm braziliyalıdır. Braziliyanın ən böyük klublarından birinə gedir".

Təcrübəli mütəxəssis son günlərin əsas müzakirə mövzusu olan legioner limiti barədə fikir bildirmək istəməyib: "İcraiyyə Komitəsinin üzvüyəm və ona görə də, hansısa fikir bildirməyim doğru olmazdı. Çünki o qrupda iştirak edirəm. İndi fikir bildirməyim düzgün deyil".

O, AFFA-nın yeni inkişaf strategiyası barədə fikir bildirməyin tez olduğunu söyləyib: "Futbol, idman stabilliyi xoşlayır. Biz birdən-birə 10 mərhələ irəli gedə bilərik, ya da geri düşə bilərik... Amma bununla hər şeyin tamamlandığını deyə bilmərik. Ya da, irəli getdiksə, inkişaf etmişik, bir il sonra geri düşəndə, tam əksini düşünmək doğru olmaz. Hələ ki, strategiya planı da tam formalaşmayıb. Hər şey tam formalaşdıqdan sonra, bəzi lazımi elementləri, bizə uyğun olanları ayrıca götürüb onların ətrafında müzakirə aparılsa, daha doğru olar. Onsuz da, bu hədəflər inkişaf etmək üçün irəli sürülür. Hansı bizim üçün uyğun və uğurlu olacaq, bu gün nəsə deməyim tezdir. Hər şey tamamlandıqdan sonra daha böyük müzakirə mövzusu ola bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 12 Yanvar 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri