Icma.az
close
up
RU
Qurban Qurbanov: “İstəyərdim ki, Juninyo “Sevilya”ya getsin”

Qurban Qurbanov: “İstəyərdim ki, Juninyo “Sevilya”ya getsin”

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ" və "Zirə" arasında keçirilən yoxlama görüşündən (4:2) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- Matç sizin üçün necə alındı?
- Yaxşı oyun oldu. Bu gün hər futbolçuya oynamaq şansı verdik. Doğrudur, bəzi futbolçular dəqiqə olaraq, az oynadılar. Bu da planlaşdırılmışdı. Abdullah Zubir, Marko Veşoviç və Bəhlul Mustafazadəni nəzərdə tuturam. Onların ikisi xəstə idi, Bəhlul zədədən qayıtmışdı. Bu futbolçuların az oynaması lazım idi. Rəşad Sadıqov da sağolsun, belə proqramla razılaşdı və bu cür oyun keçirdik. Yaxşı sonluq oldu. Hər iki komanda üçün faydalı oyun idi. Sakit, intizamlı matç oynadıq. Razı qaldıq. Hazırlıq proqramımızın son oyun idi. Əsasən də son işi idi. Ümumən pis alınmadı.

- İstədiklərinizi əldə edə bildiz?
- Ümumən razı qaldım. Amma istədiklərimin hamısı həyata keçə bilməz. Vaxtımız, məşq sayımız azdır. Qarşıdakı aylarda futbolçular tam, öz idman formasını yığdıqdan sonra onlardan maksimumu tələb edə biləcəyik. Ümumən razı qaldım.

- Heyətdə Davud və Amin haqda hansı fikirdəsiz?
- Yaxşıdırlar. Nə qədər vaxtdır ki, bizimlə məşq edirlər. Davudu bir az gec cəlb etmişik komandaya. Üç aydır ki, bizimlə məşq edir. Aminin 16 yaşı var və 1 ilə yaxındır ki, bizimlədir. Aftandil Hacıyev onu bizə təklif etmişdi ki, perspektivli uşaqdır. Həm fiziki durumunu yaxşılaşdırmaq üçün əlavə məşqlər edirlər. Yavaş-yavaş komandaya cəlb olunurlar. Amma hələ gəncdirlər. İstəyirik ki, kollektivin içində böyüsünlər. Yaxşıdırlar. Əgər hazırda Amini bu yaşda “Qarabağ”da stoper kimi oynadırıqsa, özü də bunu düzgün etməyə çalışırısa, həm bizim, həm də özü üçün üstünlükdür. Davud da özünü itirmirsə, kollektivdə qol vurmaq üçün çəkinmədən hücuma gedirsə, bu da həm özü, həm də bizim üçün müsbət haldır. İntizamlı uşaqlardır. 

- Juninyo məsələsində son durum nə yerdədir?
- Rəhbərlikdən də deyirlər ki, sonluğa doğru gedir. Dünən və bu gün rəhbərlikdən heç kimi görməmişik. Ona görə də bir söz deyə bilməyəcəm. Hər şey tamamlanmağa doğru gedir.

- Juninyonun yerində olsaydınız, “Sevilya”nı, yoxsa “Flamenqo”nu seçərdiz? Məvacibi, yoxsa Avropa karyerası daha üstünlük təşkil edərdi?
- İstəyərdim ki, Juninyo “Sevilya”ya getsin. Amma Juninyo tərəfdən baxsaq, bəlkə də düzgün qərar qəbul edir. Çünki özü həm braziliyalıdır. Braziliyanın ən böyük klublarından birinə gedir. Rəhbərlik də orada dəyişib. “Flamenqo”nun baş məşqçisi futbolçu kimi çox böyük uğurlar əldə etmiş biri olub. Birbaşa özü ilə təmasda olublar və ona bəzi fikirləri çatdırıblar. Burada söhbət tam finansdan getmir. Braziliya mentaliteti rol oynayır. Braziliyadan da ona diqqət çox idi. Bəzi amillər var, hansı ki, onu mən bilmirəm. Ola bilər ki, braziliyalı olması, “Flamenqo”ya gedişinə təsir edib.

- AFFA-nın legioner limitini ləğv edəcəyi ilə bağlı fikirlər səsləndirilir. Siz bu haqda nə düşünürsüz?
- Bu haqda fikir bildirmişəm. İcraiyyə Komitəsinin üzvüyəm və ona görə də, hansısa fikir bildirməyim doğru olmazdı. Çünki o qrupda iştirak edirəm. İndi fikir bildirməyim düzgün deyil.

- Yeni inkişaf strategiyasında 5 əsas maddə üzə çıxarılıb və millinin FİFA reytinqində 70-ci sıraya qədər yüksəlməsi hədəf qoyulub. Sizcə, bunu əsas beş hədəfdən ikisi kimi qabartmaq doğrudur? 
- Hazırda konkret fikir söyləmək tezdir. Futbol, idman stabilliyi xoşlayır. Biz birdən-birə 10 mərhələ irəli gedə bilərik, ya da geri düşə bilərik... Amma bununla hər şeyin tamamlandığını deyə bilmərik. Ya da, irəli getdiksə, inkişaf etmişik, bir il sonra geri düşəndə, tam əksini düşünmək doğru olmaz. Hələ ki, strategiya planı da tam formalaşmayıb. Hər şey tam formalaşdıqdan sonra, bəzi lazımı onlar elementləri bizə uyğun olanları ayrıca götürüb onların ətrafında müzairə aparılsa, daha doğru olar. Onsuz da, bu hədəflər inkişaf etmək üçün irəli sürülür. Hansı bizim üçün uyğun və uğurlu olacaq, bu gün nəsə deməyim tezdir. Hər şey tamamlandıqdan sonra daha böyük müzakirə mövzusu ola bilər.

"Kəpəz"də ayrılıq Juninyo Azərbaycandan ayrıldı - Son dəqiqə "Qarabağ" "Zirə"yə qarşı “Sabah” “Şamaxı”nı qəbul edəcək Rəşad Sadıqov Türkiyə klubunun rəmzi komandasında - FOTO
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:328
embedMənbə:https://apasport.az
archiveBu xəbər 12 Yanvar 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri