Icma.az
close
up
RU
Çox uşağı olan ailələrin uşaq sayına görə müavinət almaq hüququ var Müraciət üçün geciksə...

Çox uşağı olan ailələrin uşaq sayına görə müavinət almaq hüququ var Müraciət üçün geciksə...

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Ötən il ölkədə 117 üçəm, 4 üçəmdoğulub. 2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 102310 doğulan körpə qeydə alınıb və 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 10,0-a düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, doğulan körpələrin 53,0 faizi oğlan uşaqları, 47,0 faizi qız uşaqları olub. Körpələrdən 3386-ı əkiz, 117-i üçəm, 4-ü isə dördəm doğulub.Çoxsaylı uşaq valideynlərinə hansısa dəstək və ya güzəştli xidmət tətbiq olunurmu?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasında çoxuşaqlı ailələr uşaqların sayı beş və daha çox olan ailələrə deyilir. Yəni çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərtilə və uşaqların yaşı birə çatdıqdan sonra tətbiq olunur, hər uşağa görə 105 manat məbləğində aylıq müavinət 18 yaşının sonuna qədər təyin olunur.

Ramil Süleymanov / Foto: Bizimyol.info

“Bu hüquq həm Azərbaycan Respublikasında yaşayan əcnəbilərə, həm də vətəndaşlığı olmayan şəxslərə tətbiq olunur. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun, rayon və şəhər şöbələrinə, o cümlədən DOST mərkəzlərinə müraciət edə bilərlər. Tələb olunan sənədlər ananın şəxsiyyət vəsiqəsi, uşaqların doğum haqqında şəhadətnaməsi, o cümlədən həmin qadının yerli icra hakimiyyəti başçısının, yerli icra hakimiyyəti tərəfindən aldığı ərizədir. Vətəndaş müraciət etdikdən sonra 10 gün müddətində müraciətə baxılır. Beş gün müddətində imtina verilə bilər və yaxud müraciət qəbul edilərək vətəndaş müavinət ala bilməsi ilə bağlı hüquq əldə edə bilər”-deyə hüquqşünas qeyd edib.

Bəzən çoxuşaqlı qadınlar bu müavinətdən xəbərdar olmur. Hüquqşünas vurğulayıb ki, vətəndaş müraciət üçün geciksə belə, tələbi əsasında ona əvvəlki üç ili ödənilə bilər. Ramil Süleymanovun sözlərinə görə, bununla bağlı, qaydalar sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi haqqında qaydalarda öz əksini tapıb.

“Son dövrlər Milli Məclisdə aparılan müzakirələrdə Milli Məclis üzvlərinin, deputatların təklifləri ondan ibarətdir ki, ölkə üzrə beş və daha çox uşağı olan ailələrin sayı təxminən altı mindən bir az çoxdur. Bu səbəbdən də üç uşaqlı ailələrin sayı 260 min, dörd uşaqlı ailələrin sayı isə 126 mindir. Ona görə təklif olunur ki, o uşaqlara da, o uşaqları olan ailələrə də müavinət ödənilsin. Bununla da ölkədə təxminən xeyli uşaq bu müavinətdən yararlanmış olacaq”-deyə hüquqşünas qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Mart 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri