Icma.az
close
up
RU
Çox xəstə itirmişəm, mənə ömürlük verməlidirlər Üzeyir Rəhimov

Çox xəstə itirmişəm, mənə ömürlük verməlidirlər Üzeyir Rəhimov

Medicina portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Tanınmış kardioloq Üzeyir Rəhimov pasiyent ölümləri ilə bağlı həkimlərin məsuliyyətə cəlb olunması haqqında paylaşım edib.

Medicina.az xəbər verir ki, o, bununla bağlı feysbuk hesabında yazıb:

“Bütün günü şikayətlə dolu insanları dinləmək, bəzilərini sağalda bilməmək, bəzilərini itirmək, bəzən döyülmək, sosial mediada hər zaman söyülməklərlə sizləri yormaq istəmirəm. Hər ölən xəstəmlə bir parçam ölüb, günlərcə “daha nə edə bilərdik?” suallarımla içimi yemişəm. Buna rəğmən yenə də ölkəm üçün bir şeylər etməyə çalışmışam. Bu arada əksər həkimlərin həkimdən başqa dostu yoxdur və bir araya gəldiklərində də ancaq və ancaq tibbdən danışırlar. Yəni asosial insanlarıq və həyatımız ortalamadan qısa olur.

Bütün bunların üzərinə bir də bir həkimin həbs edilməsi mənim gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi. Ürək həkimi olduğum üçün çox xəstə itirmişəm, əfsuslar olsun ki, bundan sonra da itirəcəm, bütün həkimlərin əlində ağırlaşmalar və ölümlər olacaq. Sonunda bir bəndəyik və nə qədər əlləşsək də, hər kəsi qurtara bilmərik. Buna görə məni həbs etsələr, yəqin ki ömürlük verməlidirlər.

Bu işin sonunda artıq həkimlər çətin və ağır xəstələri almayacaqlar (həyatını qurtardığımız qrup isə bu qrupdur). Bu ölümlərin artmasına, ömrün qısalmasına səbəb olacaq. Xarici ölkələrə üz tutan həkim sayı daha da artacaq. Və geri dönməyəcəklər. Tibb universitetindəki tələbə sayı da azalacaq, bir sözlə, həkim tapmayacağıq.

Papağımızı qabağımıza qoyub son dəfə düşünməliyik”.

Qeyd edək ki, bir neçə gün öncə burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın ölümü ilə bağlı cərrah Sənan Mehdiyev həbs olunub. Onun həbsindən sonra həmkarları sosial şəbəkələrdə Sənan Mehdiyevlə bağlı dəstək paylaşımları ediblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:294
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 25 Yanvar 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri