Icma.az
close
up
RU
Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır Kaspinin ARAŞDIRMASI

Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır Kaspinin ARAŞDIRMASI

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir müddət öncə tikilməkdə olan, çıxarışı olmayan binalardan müqavilə ilə alınan mənzillərin elektron reyestrinin yaradılacağı bildirilirdi. Amma xeyli zaman keçsə də, sistem yaradılmayıb. Məsələ hətta Milli Məclisin iclasında müzakirə olunub. Deputat Bəxtiyar Əliyev deyib ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınsın ki, gələcəkdə vətəndaşları narahat edəcək problemlər yaşanmasın.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Aldanmamaq üçün hazır binaya üz tutur, amma...

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, reyestrin yaradılması mənzil almaq istəyən vətəndaşlar üçün çox vacibdir:

"Bakıda və Abşeronda yeni çoxmərtəbəli binalar inşa olunur. Vətəndaşlara ilkin ödəniş edərkən alqı-satqı müqaviləsi, tam ödənildikdən sonra isə maliyyə arayışı verilir. Bina tikildikdən sonra aidiyyəti qurumlar tərəfindən yoxlanılır, qeydiyyatdan keçdikdən sonra isə çıxarışla təmin olunur. Bina tikilərkən müvafiq qurumlardan icazələr alınır və sonra inşasına başlanılır. Lakin vətəndaş bina tikilmədən mənzil alarkən əmlak heç bir dövlət qurumunda rəsmi qeydiyyatda olmur. Yalnız tikinti şirkətinin bazasında göstərilir. Vətəndaş mənzili ilə bağlı hansısa quruma müraciət etdikdə cavab ala bilmir".

E.Fərzəliyevin sözlərinə görə, vətəndaşlar aldanmamaq üçün binanın tikilməsini gözləyir, bu zaman isə qiymət səbəbindən mənzil almağa imkanı çatmır:

"Binaların reyestri aparılmadığına görə bəzi tikinti şirkətləri bir mənzili bir neçə şəxsə satır. MTK-lardan zərərçəkmiş insanların sayı 5200-dən artıqdır. Tikinti şirkətlərinin rəhbərləri həbs olunsa da, nə vətəndaşlar evlə təmin olunur, nə də onların ödədikləri pullar geri qayıdır".

Bazar canlanacaq

Ekspertin fikrincə, mənzillər reyestrdə qeydiyyatdan keçərsə, insanlar mənzil almağa meyillənər və bazar canlanar:

"Bakının Baş Planına əsasən, köhnə yaşayış evləri sökülüb, yerinə tikinti şirkətləri tərəfindən çoxmərtəbəli yaşayış binaları tikiləcək. Binalar reyestrə alınmazsa, tikinti şirkətlərinə bina tikmək maraqlı olmayacaq. Reyestr aparılarsa, həmçinin ipoteka predmetinə çevrilə bilərsə, bu halda bazarda canlanma müşahidə ediləcək".

"Reyestr mütləq şəkildə yaradılacaq"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc düşünür ki, prosesin uzanmasına səbəb fəaliyyət istiqamətinin genişliyidir:

"Hər ilin sonunda vətəndaşlar ümid edirlər ki, növbəti il reyestrlə bağlı problem birdəfəlik həlini tapacaq. Amma təəssüflər olsun ki, problemin tam şəkildə həlli hələ də mövcud deyil. Prosesdə ləngimənin əsas səbəbi əhatə dairəsinin böyük olması ilə bağlıdır. Reyestrdə bütün əmlak növləri qeydiyyata alınır. Sahəsi, yerləşməsi və kimə məxsus olması ilə bağlı məlumatlar sistemə daxil edilir. Bu sistemin yaradılması istiqamətində mühüm addımlar atılıb. Ümid edirik ki, 2025-ci ilin əvvəllərində sistem işləyəcək. Təhlükəsizlik baxımından reyestr mütləq şəkildə yaradılacaq".

Sədrin sözlərinə görə, təhlükəli ərazilərdə inşa olunan əmlaklar xaric, digərlərinin qanuniləşdirilməsinə şərait yaradılmalıdır:

"Vətəndaşlar portal vasitəsilə öz əmlaklarını idarə edəcəklər. Sənədləşmə işinin qarşısındakı baryerlər aradan qalxacaq. Vətəndaşlar yeni mənzil aldıqları zaman hüquqi problemlərlə üzləşməyəcəklər".

"Bir milyon 600 mindən artıq sənəd rəqəmsallaşdırılıb"

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədr müavini Elşad Məmmədov bildirib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" portalının əsasnaməsi artıq hazırdır: "Əsasnamə təsdiqlənmək üçün aidiyyəti orqanlara göndərilib. Razılaşmalarla bərabər, texniki işlərə də artıq başlanılıb. Vətəndaşlara verilən sənədlər rəqəmsallaşdırılaraq məlumat bazasına daxil edilir. Bir milyon 600 mindən artıq sənədin rəqəmsallaşması başa çatıb. Önümüzdəki ildə vətəndaşlar bunun nəticələrini görməyə başlayacaqlar. Vətəndaşlar sadəcə FİN kodları ilə sistemə daxil olaraq bütün sənədlərini görə biləcəklər. Artıq dövlət arxivindən arayış almaq kimi öhdəliklər aradan qalxacaq".

Canlı xəritə ilə izləmək mümkündür

E.Məmmədov bildirdi ki, texniki sənədlər və torpaq sahələrinin plan-ölçü sənədləri 2024-cü ildə rəqəmsallaşdırılıb:

"Artıq vətəndaşlar bunu hansısa orqana yaxınlaşaraq götürməli olmayacaqlar. Şəxsi kabinetdən hər birini asanlıqla əldə edə biləcəklər. Bu, həmçinin sənədlərin saxtalaşdırılması riskini də aradan qaldırmış olur. Bütün torpaq sahələrinə dair məlumatları canlı xəritə üzərindən də izləmək mümkündür. Artıq vətəndaş aldığı torpaq sahəsinin sənədinin həqiqətən həmin əraziyə aid olub-olmadığını biləcək".

"Bilmədən almaq vətəndaşı məsuliyyətdən azad etmir"

Sədr müavini vətəndaşlara aldanmamaq üçün tövsiyələrini də verdi və əvvəldən aldanmış şəxsləri əmlaklarını qanuniləşdirməyə çağırdı:

"Bir də təyinatı nədirsə, ona uyğun torpaq almaq lazımdır. Hazırda ən böyük problemlər bu sahədədir. Alınan torpağın təyinatından kənar istifadəsi cinayət məsuliyyətinə gətirib çıxara bilir. Bilmədən almaq da vətəndaşı məsuliyyətdən azad etmir. Vətəndaşlar hər hansı bir torpaq alarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə yaxınlaşaraq mütəxəssislərdən təmənnasız yardım ala bilərlər ki, sonradan aldadılmasınlar. Qeyri-yaşayış obyektlərinin istismarının sadələşdirilməsi ilə bağlı fərman da icra olunur. 12 mindən artıq vətəndaş müraciət edib".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri