Icma.az
close
up
RU
Trampın növbəti prezidentliyi İranla münasibətlərə necə təsir göstərəcək? Kaspinin ARAŞDIRMASI

Trampın növbəti prezidentliyi İranla münasibətlərə necə təsir göstərəcək? Kaspinin ARAŞDIRMASI

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi İranda ciddi narahatlıq doğurub. Xüsusilə, yeni komandada qatı anti-İran mövqedə olan şəxslərin təmsil olunması qarşı tərəfi təşvişə salıb. Son anda dövlət katibi vəzifəsinə İsrailin atəşli tərəfdarı Marko Rubionun namizədliyi irəli sürülüb.

Bəs görəsən, Trampın növbəti prezidentliyi ABŞ-İran münasibətlərində nələrə səbəb olacaq? İndi bu sual ətrafında qızğın müzakirələr, ən müxtəlif ehtimallar səslənir. Əsas xətt ondan ibarətdir ki, ABŞ-nin yeni seçilmiş prezidenti dövlət başçısı kimi ilk müddətində olduğu kimi İrana qarşı sərt mövqe ortaya qoyacaq.

2017-2021-ci illərdə Tramp administrasiyası İrana "maksimum təzyiq" kampaniyasını gerçəkləşdirib. Güman edilir ki, Tramp İranla qarşıdurmada İsrailin baş naziri Benyamin Netanyahuya sərbəstlik verəcək. Artıq bəzi mühafizəkar İran qanunvericiləri və KİV-ləri Trampa qarşı nifrətlərini gizlətmirlər.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

"Maksimum təzyiq" strategiyası

Trampın seçkiqabağı platformasına və "Layihə 2025" adlı proqramına baxdıqda görürük ki, bu sənəddə İran adı 58 dəfə təkrar olunur və Tehrana qarşı yenə də "maksimum təzyiq" strategiyasının əsas götürüləcəyi bildirilir. Xüsusilə nüvə obyektləri və nüvə infrastrukturu ilə bağlı daha kəskin addımların atılacağı qeyd olunur. Bunun necə baş verəcəyini təbii ki, zaman göstərəcək. Təzyiqlər effekt verməyəcəyi halda və İsrail-İran müharibəsi ehtimalında ABŞ-nin bütün imkanları ilə müharibəyə qoşulacağı variantı da kifayət qədər yüksək görünür.

Birinci prezidentliyi dövründə Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ABŞ səfirliyini bu mübahisəli şəhərə köçürüb. Bununla da ABŞ-nin onillərlə sürən siyasətinin üstündən xətt çəkib.

Lakin İran liderlərini Trampla danışıqlar aparmaq barədə düşünməyə səsləyənlər də var. Özəlliklə Qərblə münasibətləri yaxşılaşdıracağına söz verən Prezident Məsud Pezeşkiana üz tutulur. Xatırladaq ki, Tramp ilk dəfə prezident olanda İranın nüvə və raket proqramlarına basqıları artırmış və ölkəyə qarşı genişmiqyaslı sanksiyalar tətbiq etmişdi. Həmin vaxt Tramp ölkəsini Tehran və dünya gücləri arasındakı nüvə sazişindən çıxarmışdı.

2020-ci ildə Tramp hakimiyyətdən getməzdən az öncə məşhur "Pew Research Center"in keçirdiyi ictimai rəy sorğusuna görə 54% amerikalı düşünürdü ki, Trampın siyasəti İranla "genişmiqyaslı hərbi konflikti" artıra bilər.

"İran başa düşməlidir ki..."

COP29-da iştirak edən Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossinin İranla bağlı bəyanatı da diqqətə alınmalıdır. O, noyabrın 13-də Tehrana yola düşməzdən əvvəl səsləndirdiyi bəyanatda İran hökumətinin manevr imkanlarının azaldığını deyib. "İran hökuməti başa düşməlidir ki, beynəlxalq vəziyyət hər gün daha da gərginləşir və onun manevr imkanları azalır. Ona görə də problemlərin sülh yolu ilə həllinə nail olmaq üçün diplomatik yollar tapmaq lazımdır", - Qrossi bildirib. O, həmçinin vurğulayıb ki, Agentlik İranda yoxlamalar aparmaq üçün lazımi icazəyə malikdir, lakin daha çox nəzarətə ehtiyacı var. "İranın nüvə proqramının əhatə dairəsi, dərinliyi və ambisiyasını nəzərə alaraq, Tehranın bu sahədəki fəaliyyətlərini izləmək üçün daha şəffaf üsullara malik olmalıyıq", - deyə Qrossi qeyd edib.

Trampın İranla bağlı qarışıq siqnalları

Seçki kampaniyası zamanı Tramp İranla bağlı qarışıq siqnallar verib. O, Tehranla müzakirələrə açıq olduğunu da bildirib. Əlavə edib ki, Tehranın nüvə silahı ola bilməz. Sərt mövqeyi ilə seçilən iranlı millət vəkili Malek Şəriəti "X" sosial şəbəkəsində sonradan sildiyi paylaşımında "Trampa ölüm" sözlərini yazıb. Mühafizəkar "Həmşəhri" qəzeti "qatil"in geri qayıdışını pisləyib. Qəzet Qasım Süleymaninin qətlində Trampın roluna işarə edib. Bəzi dini rejim tənqidçiləri isə Trampın İslam Respublikasını çökdürməyə kömək edəcəyinə ümid bəsləyirlər. Trampın seçilməsinin Tehran üçün heç nəyi dəyişmədiyini deyən Prezident Məsud Pezeşkian isə İranın müsəlman və qonşu ölkələrlə münasibətlərini inkişaf etdirəcəyini bildirib.

Tramp İranı "boğmaq" niyyətindədir

Tramp İranın indiki zəifləmiş mövqeyindən istifadə edərək, onu iqtisadi cəhətdən "boğmaq" niyyətindədir. Trampın planları ilə tanış olan "Wall Street Journal"ın mənbələrinə görə, yeni strategiya sanksiyaları kəskin şəkildə sərtləşdirməyə, Tehranın neft gəlirlərini kəsməyə və Yaxın Şərqdə təsirini məhdudlaşdırmağa yönələcək.

Digər məsələ budur ki, Trampın dövründə İsrailə silah tədarükü dayanmayacaq, əksinə, daha da artacaq. Belə görünür ki, ABŞ İrana birbaşa zərbə endirməyəcək. Suriya, Livan, İraq və Yəməndəki müqavimət oxu isə çətin anlar yaşayacaq. Bu qruplar tam şəkildə təqib ediləcək. İranın regionda təsirini azaltmaq ABŞ-nin maraqlarına uyğundur və bu məqsədə yalnız Tehranın proksi qruplarının hərbi infrastrukturunu dağıtmaqla nail olmaq mümkündür. İran da öz növbəsində İsrailə mümkün hücum mövzusunda ABŞ ilə sövdələşməyə çalışacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Noyabr 2024 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri