Icma.az
close
up
RU
Çoxdandır anons edilən reyestr: Niyə ləngiyir?

Çoxdandır anons edilən reyestr: Niyə ləngiyir?

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Bir müddət öncə tikilməkdə olan, çıxarışı olmayan binalardan müqavilə ilə alınan mənzillərin elektron reyestrinin yaradılacağı bildirilirdi. Amma xeyli zaman keçsə də, sistem yaradılmayıb.

Məsələ hətta Milli Məclisin iclasında müzakirə olunub. Deputat Bəxtiyar Əliyev deyib ki, tikilməkdə olan binalarda mənzil alan şəxslərlə müqavilə bağlanan zaman həmin müqavilələr Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınsın ki, gələcəkdə vətəndaşları narahat edəcək problemlər yaşanmasın.

Aldanmamaq üçün hazır binaya üz tutur, amma...

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, reyestrin yaradılması mənzil almaq istəyən vətəndaşlar üçün çox vacibdir: “Bakıda və Abşeronda yeni çoxmərtəbəli binalar inşa olunur. Vətəndaşlara ilkin ödəniş edərkən alqı-satqı müqaviləsi, tam ödənildikdən sonra isə maliyyə arayışı verilir. Bina tikildikdən sonra aidiyyəti qurumlar tərəfindən yoxlanılır, qeydiyyatdan keçdikdən sonra isə çıxarışla təmin olunur. Bina tikilərkən müvafiq qurumlardan icazələr alınır və sonra inşasına başlanılır. Lakin vətəndaş bina tikilmədən mənzil alarkən əmlak heç bir dövlət qurumunda rəsmi qeydiyyatda olmur. Yalnız tikinti şirkətinin bazasında göstərilir. Vətəndaş mənzili ilə bağlı hansısa quruma müraciət etdikdə cavab ala bilmir”.

E.Fərzəliyevin sözlərinə görə, vətəndaşlar aldanmamaq üçün binanın tikilməsini gözləyir, bu zaman isə qiymət səbəbindən mənzil almağa imkanı çatmır: “Binaların reyestri aparılmadığına görə bəzi tikinti şirkətləri bir mənzili bir neçə şəxsə satır. MTK-lardan zərərçəkmiş insanların sayı 5200-dən artıqdır. Tikinti şirkətlərinin rəhbərləri həbs olunsa da, nə vətəndaşlar evlə təmin olunur, nə də onların ödədikləri pullar geri qayıdır”.

Bazar canlanacaq

Ekspertin fikrincə, mənzillər reyestrdə qeydiyyatdan keçərsə, insanlar mənzil almağa meyllənər və bazar canlanar: “Bakının Baş Planına əsasən, köhnə yaşayış evləri sökülüb, yerinə tikinti şirkətləri tərəfindən çoxmərtəbəli yaşayış binaları tikiləcək. Binalar reyestrə alınmazsa, tikinti şirkətlərinə bina tikmək maraqlı olmayacaq. Reyestr aparılarsa, həmçinin ipoteka predmetinə çevrilə bilərsə, bu halda bazarda canlanma müşahidə ediləcək”.

“Reyestr mütləq şəkildə yaradılacaq”

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc düşünür ki, prosesin uzanmasına səbəb fəaliyyət istiqamətinin genişliyidir: “Hər ilin sonunda vətəndaşlar ümid edirlər ki, növbəti il reyestrlə bağlı problem birdəfəlik həlini tapacaq. Amma təəssüflər olsun ki, problemin tam şəkildə həlli hələ də mövcud deyil. Prosesdə ləngimənin əsas səbəbi əhatə dairəsinin böyük olması ilə bağlıdır. Reyestrdə bütün əmlak növləri qeydiyyata alınır. Sahəsi, yerləşməsi və kimə məxsus olması ilə bağlı məlumatlar sistemə daxil edilir. Bu sistemin yaradılması istiqamətində mühüm addımlar atılıb. Ümid edirik ki, 2025-ci ilin əvvəllərində sistem işləyəcək. Təhlükəsizlik baxımından reyestr mütləq şəkildə yaradılacaq”.

Sədrin sözlərinə görə, təhlükəli ərazilərdə inşa olunan əmlaklar xaric, digərlərinin qanuniləşdirilməsinə şərait yaradılmalıdır: “Vətəndaşlar portal vasitəsilə öz əmlaklarını idarə edəcəklər. Sənədləşmə işinin qarşısındakı baryerlər aradan qalxacaq. Vətəndaşlar yeni mənzil aldıqları zaman hüquqi problemlərlə üzləşməyəcəklər”.

“Bir milyon 600 mindən artıq sənəd rəqəmsallaşdırılıb”

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədr müavini Elşad Məmmədov bildirib ki. Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” portalının əsasnaməsi artıq hazırdır: “Əsasnamə təsdiqlənmək üçün aidiyyəti orqanlara göndərilib. Razılaşmalarla bərabər, texniki işlərə də artıq başlanılıb. Vətəndaşlara verilən sənədlər rəqəmsallaşdırılaraq məlumat bazasına daxil edilir. Bir milyon 600 mindən artıq sənədin rəqəmsallaşması başa çatıb. Önümüzdəki ildə vətəndaşlar bunun nəticələrini görməyə başlayacaqlar. Vətəndaşlar sadəcə FİN kodları ilə sistemə daxil olaraq bütün sənədlərini görə biləcəklər. Artıq dövlət arxivindən arayış almaq kimi öhdəliklər aradan qalxacaq”.

Canlı xəritə ilə izləmək mümkündür

E.Məmmədov bildirdi ki, texniki sənədlər və torpaq sahələrinin plan-ölçü sənədləri 2024-cü ildə rəqəmsallaşdırılıb: “Artıq vətəndaşlar bunu hansısa orqana yaxınlaşaraq götürməli olmayacaqlar. Şəxsi kabinetdən hər birini asanlıqla əldə edə biləcəklər. Bu, həmçinin sənədlərin saxtalaşdırılması riskini də aradan qaldırmış olur. Bütün torpaq sahələrinə dair məlumatları canlı xəritə üzərindən də izləmək mümkündür. Artıq vətəndaş aldığı torpaq sahəsinin sənədinin həqiqətən həmin əraziyə aid olub-olmadığını biləcək”.

“Bilmədən almaq vətəndaşı məsuliyyətdən azad etmir”

Sədr müavini vətəndaşlara aldanmamaq üçün tövsiyələrini də verdi və əvvəldən aldanmış şəxsləri əmlaklarını qanuniləşdirməyə çağırdı: “Bir də təyinatı nədirsə, ona uyğun torpaq almaq lazımdır. Hazırda ən böyük problemlər bu sahədədir. Alınan torpağın təyinatından kənar istifadəsi cinayət məsuliyyətinə gətirib çıxara bilir. Bilmədən almaq da vətəndaşı məsuliyyətdən azad etmir. Vətəndaşlar hər hansı bir torpaq alarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə yaxınlaşaraq mütəxəssislərdən təmənnasız yardım ala bilərlər ki, sonradan aldadılmasınlar. Qeyri-yaşayış obyektlərinin istismarının sadələşdirilməsi ilə bağlı fərman da icra olunur. 12 mindən artıq vətəndaş müraciət edib”. ("Kaspi" qəzeti)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://publika.az
archiveBu xəbər 21 Dekabr 2024 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri