Icma.az
close
up
RU
ÇSKA mövsümdə ilk dəfə zirvəyə yüksəldi

ÇSKA mövsümdə ilk dəfə zirvəyə yüksəldi

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tur “Dinamo”nun Samarada hesabına 3 xal yazması ilə start götürdü. Ardıcıl 2-ci qələbəsini qazanan Moskva təmsilçisi zəif startdan sonra yavaş-yavaş özünə gəlir.

"Football-plus.az" xəbər verir ki, “Dinamo” bu tur səfərdə qalib gələn yeganə komanda oldu. “Axmat”ın evdə “Akron”u darmadağın etməsi ilə Stanislav Çerçesov adını klubun tarixinə yazdırdı. O, “Axmat”ın başında ilk 7 çempionat oyununda uduzmayan (4 qələbə, 3 heç-heçə) birinci məşqçidi! Maraqlıdı ki, Qroznı təmsilçisi Çerçesov gələnə qədər mövsümə 3 məğlubiyyətlə başlamışdı.
“Lokomotiv”lə “Rubin”in duelində hər şeyi qonaqların qapıçısı Staverin səhvi həll etdi. Yağışlı havada keçən oyunun sonlarına yaxın Barinovun elə də qüvvətli olmayan zərbəsi zamanı qapıçı kobud səhvə yol verərək topu əlindən buraxdı və qola mane ola bilmədi. “Loko” tarixində cəmi 3-cü dəfə mövsümün ilk 10 turunu məğlubiyyətsiz tamamladı. “Dəmiyolçular” daha öncə bunu 2002 və 2005-ci illərdə bacarmışdı. “Krasnodar”da, deyəsən, yavaş-yavaş böhran başlayır. Ötən tur evdə “Zenit”ə uduzan son çempion bu dəfə cənub derbisində səfərdə “Rostov”la qolsuz bərabərə qaldı. Son 4 turda cəmi 1 qələbəsi olan Murad Musayevin komandası 6-cı turdan bəri ilk dəfə zirvədən endi.
“Zenit”in “Orenburq”u darmadağın edərək ardıcıl 2-ci qələbəsini qazandığı matça poker edən Qluşenkov damğa vurdu. O, 2018-ci ildən bəri piterlilərin heyətində çempionatda poker edən 5-ci futbolçu oldu. Qəribədi ki, XXI əsrdə digər klublarda ümumilikdə cəmi 6 poker qeydə alınıb.
Tura bazar günü yekun vuruldu. Mövsümün əvvəlinin əsas fenomeni olan “Baltika”nın, nəhayət, “kürəyini yerə vuran” tapıldı. Debütanta mövsümdəki ilk məğlubiyyəti ÇSKA yaşatdı. Ədalət naminə kalininqradlıların 83-cü dəqiqədən azlıqda qaldığını və qolu yalnız əsas vaxta artırılan 5-ci dəqiqədə buraxdığını bildirək. ÇSKA bu qələbə sayəsində mövsümdə ilk dəfə liderliyə yüksəldi! Komandanın 10-cu turdan sonra lider olması faktına sonuncu dəfə 2015/16-da rast gəlinmiş və “hərbçilər” həmin mövsümü çempion kimi tamamlamışdılar. “Nijni Novqorod”un qapısına 3 cavabsız qol vuran “Spartak” isə mövsümdə ilk böyükhesablı qələbəsini qazandı. Moskva nəhəngi ardıcıl 7-ci turda ən azı 2 qol vurmağı bacardı. Maraqlıdı ki, belə seriya klub tarixində 3-cü dəfə yaşandı və bunların ikisi Deyan Stankoviçin dönəminə təsadüf edib.
10-cu tur
Zenit – Orenburq 5:2

Qluşenkov, 22; 34; 77; 90+2. Sobolev, 74 – Senov, 83. Kamilov, 88.
Zenit: D.Adamov, Mantuan, Nino, Alip, Duqlas Santos, Vendel, Barrios (Şilov, 78), Luis Enrike (Mostovoy, 73), Qluşenkov, Pedro Enrike (Drkuşiç, 78), Kassyerra (Sobolev, 73).
Rostov – Krasnodar 0:0
Krasnodar: Aqkatsev, Petrov (Paltsev, 71), Tormena, Kosta, Olasa, Auqusto, Lenini (Krivtsov, 63), Perren (Batçi, 63), Spertsyan, Sa (Kozlov, 71), Kordoba.
ÇSKA – Baltika 1:0
Diveyev, 90+5.
ÇSKA: Akinfeyev, Qayiç (Şumanski, 87), Diveyev, Viktor, Moyzes, Kislyak, Oblyakov, Karmo (Popolitov, 73), Alves (Qlebov, 80), Kruqovoy, Musayev (Alerrandro, 73).
Spartak – Nijni Novqorod 3:0
Uqalde, 10. Fernandeş, 36; 64.
Spartak: Maksimenko, Denisov, Litvinov, Ciku, Dmitriyev (Babiç, 88), Zobnin, Fernandeş (Martins, 82), Barko (Zorin, 83), Solari, Markinyos (Bonqonda, 82), Uqalde (Qarsiya, 82).
Lokomotiv – Rubin 1:0
Barinov, 79.
Lokomotiv: Mitryuşkin, Silyanov, Poqostnov (Nyamsi, 46), Montes, Fasson (Nenaxov, 88), Barinov, Prutsev, Karpukas (Komliçenko, 72), Batrakov, Rudenko (Myalkovski, 88), Vorobyov.
Krılya Sovetov – Dinamo M 2:3
Axmetov, 59. Qaldames, 88 – Fomin, 9. Bitello, 24. Sergeyev, 34.
Axmat – Akron 3:0
Kasintura, 3. Mansilya, 72; 90.
Dinamo Mh – Soçi 0:0

1. ÇSKA 10 6 3 1 19-8 21
2. Lokomotiv 10 5 5 0 21-13 20
3. Krasnodar 10 6 2 2 20-7 20
4. Zenit 10 5 4 1 20-9 19
5. Spartak 10 5 3 2 17-14 18
6. Baltika 10 4 5 1 13-6 17
7. Dinamo M 10 4 3 3 15-12 15
8. Axmat 10 4 3 3 14-11 15
9. Rubin 10 4 3 3 13-15 15
10. Krılya Sovetov 10 3 3 4 16-19 12
11. Rostov 10 2 4 4 8-12 10
12. Dinamo Mh 10 2 4 4 5-11 10
13. Orenburq 10 1 4 5 13-21 7
14. Akron 10 1 4 5 12-17 7
15. Nijni Novqorod 10 2 0 8 8-20 6
16. Soçi 10 0 2 8 5-24 2
Bombardirlər: Batrakov (Lokomotiv), Daku (Rubin) – 8, Qluşenkov (Zenit) – 6.
Növbəti turun oyunları oktyabrın 4-5-də keçiriləcək: Soçi – Nijni Novqorod, Krasnodar – Axmat, ÇSKA – Spartak, Dinamo M – Lokomotiv, Orenburq – Rostov, Rubin – Krılya Sovetov, Baltika – Dinamo Mh, Akron – Zenit.
Oyundan sonra
Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:

“Bura 3 xal üçün gəlmişdik. Amma oyun çətin keçdi. Emosiyaların və mübarizənin önə çıxdığı qarşılaşma izlədik. Aut atışları üzündən oyun tez-tez dayanırdı. Top gah bir tərəfə, gah da o biri tərəfə keçirdi. Oyunun tempi çox aşağı idi. Futbol adına o qədər də çox şey görmədik. Ancaq qalib gələ bilmirsənsə, 1 xal da pis nəticə deyil. Deməzdim ki, böhrandayıq. İndidən belə iddia irəli sürmək tezdi. Son iki turda çətin rəqiblərlə - “Zenit” və “Rostov”la qarşılaşmışıq. Ümumiyyətlə, premyer-liqa çətin turnirdi. Burda qələbə qazanmaq asan deyil. Üstəlik heyətdə problemlər yaşayırıq. Amma bütün bunlar bizim üçün bəhanə olmamalıdı. Ona görə də yenidən qələbələr qazanmağın yolunu tapmalıyıq”.


Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Maraqlı və məhsuldar oyun izlədik. Təbii ki, 2 qol buraxmağımız xoşuma gəlmədi. Məşqçi həmişə istəyir ki, komandası qol buraxmasın. Amma sona yaxın oyun intizamımız pozuldu. Sonradan meydana çıxan futbolçular topu özlərində çox saxlamağa, bir növ paxıllıq etməyə başladılar. Boş komanda yoldaşın varsa, topu ona həmişə vaxtında ötürmək lazımdı. Qapıçımızın səhvini paltardəyişmə otağında heç müzakirə etmədik. Bu futboldu, belə səhvlərdən heç kim “sığortalanmayıb”. Amma bu günün qəhrəmanı Qluşenkovdu. Yalnız ondan danışmalıyıq. Ən xoş sözlərə layiqdi. Həm məhsuldarlıq, həm də komandaya verdiyi fayda baxımından möhtəşəm oyun sərgilədi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri