Deputat: Vicdan anlayışına qanunvericilikdə tərif mümkün deyil
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
"Mənəviyyatın nizamlama dairəsi daha genişdir, hüququn əhatə dairəsi isə daha dardır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisinin deputatı Erkin Qədirli "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsinin müzakirəsində deyib.
Deputat bildirib ki, hüquqşünaslıqda və qanunvericilikdə mənəviyyatdan götürülmüş, lakin tərifi verilməmiş anlayışlar var:
"Belə anlayışlardan biri də vicdandır. Müxtəlif qanunvericilik aktlarımızda "vicdan" sözü işlədilir və bunun çoxsaylı nümunələri var. Təkcə Mülki Məcəlləni götürsək, orada kökü vicdan olan nə qədər sözə rast gəlmək olar: vicdanlı, vicdansız, vicdansızcasına. Amma heç yerdə "vicdan" anlayışı açıqlanmır, onun tərifi verilmir. Bu isə qanunvericilikdə boşluq olması demək deyil. Bu, hüququn öz mahiyyətindən irəli gələn və qanunvericilikdə məqsədli şəkildə açıq saxlanılan anlayışdır. Çünki vicdan situativ anlayışdır".
E.Qədirli əlavə edib ki, vicdan məsələsi konkret situasiyada müəyyənləşir:
"Onun müxtəlif əlamətləri var. Bu əlamətlər, o cümlədən digər qanunvericilik aktlarında və məhkəmə praktikasında, Ali Məhkəmənin şərhlərində açıqlanıb. Eyni zamanda, dövlət qulluğunda etik davranış qaydaları, eləcə də Milli Məclis deputatlarının etik davranış qaydalarını müəyyən edən qanunvericilik aktları mövcuddur. Bu qaydalar ümumi şəkildə müəyyən edilib. Lakin vicdan anlayışına konkret tərif vermək mümkün deyil. Çünki həyat dəyişir, həyata baxışlar dəyişir, vicdan duyumu da dəyişir. Hətta eyni cəmiyyətdə nəsillərarası münasibətlərdə belə bunu görmək mümkündür".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 29 Oktyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















