İspaniyada qatarların toqquşması nəticəsində 64 nəfər itkin düşüb
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın Toledo şəhərində iki qatarın toqquşmasından sonra 64 nəfər itkin düşüb.
Moderator.az xəbər verir ki, bu barədə Mülki Qvardiyaya istinadən "El Pais" məlumat yayıb.
"Mülki Qvardiya qəza nəticəsində itkin düşənlərlə bağlı 64 ərizə qeydə alıb", - materialda bildirilib.
Qeyd olunub ki, bu məlumatlar sərnişinlərin qohumlarının müraciətləri əsasında tərtib edilib.
Mülki Qvardiya Madrid, Sevilya, Kordova və Toledoda itkin düşənlərlə bağlı ərizələrin qeydiyyatı üçün dörd məntəqə açıb.
Bundan başqa, 98 sərnişinə tibbi yardım göstərildiyi bildirilib.
Son məlumatlara görə, qəza nəticəsində azı 68 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb. Ölkədə oktyabrın 29-dan 31-dək ümummilli matəm elan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 29 Oktyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















