Cüdo komandamız oğlanların mübarizəsində birinci olub FOTO
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kuboku başa çatıb.
İdman.biz xəbər verir ki, ikinci yarış günündə milli komandamız hesabına 1 qızıl və 2 gümüş medal yazdırıb.
+100 kq çəki dərəcəsinə tatamiyə çıxan Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.
Süleyman Şükürov (-81 kq) və Tuncay Şamil (-90 kq) gümüş medala sahib çıxıblar.
Yarışın ilk günündə gənc cüdoçularımızdan Fərid Qarayev (-60 kq) ilə Məhəmməd Musayev (-66 kq) qızıl, Nihad Məmişov (-66 kq) və Əbil Yusubov (-73 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, ümumilikdə 7 medal qazanan gənclərdən ibarət Azərbaycan cüdo yığması Avropa kubokunu oğlanların mübarizəsində 23 ölkə arasında birinci, ümumi sıralamada ikinci pillədə tamamlayıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 06 Aprel 2025 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















